Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


T.H.Rüstəmov, X.R.Tağıyev, G.M.Mahmudova, S.İ.İsayeva: Sandbox rejimi və maliyyə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   47   48   49   50   51   52   53   54   ...   163
UNEC-2021-məqalələe

T.H.Rüstəmov, X.R.Tağıyev, G.M.Mahmudova, S.İ.İsayeva: Sandbox rejimi və maliyyə 
bazarlarına təsiri 


62 
İlk öncə qeyd edilməlidir ki, dünya təcrübəsində vahid sandbox forması yoxdur. Bir 
sıra səbəblərdən, xüsusilə də, maliyyə bazarlarının inkişaf səviyyəsindən asılı olaraq 
sandbox rejiminin tətbiqi müxtəlif məqsədlər baxımından fərqləndirilir. Qeyd edək ki, 
hazırda beynəlxalq təcrübədə aşağıdakı 3 (üç) növ sandbox fərqləndirilir:
İnnovasiyaları təşviq edən sandbox rejimi - 
innovasiyaların təşviqinə və tənzimlənən 
bazara daxil olmaq üçün xərcləri azaltmağa yönəlir. Bu rejimin qiymətləndirmə me-
yarı (keyfiyyət göstəricisi) bazara daxil olan yeni müəssisələrin, məhsul və xidmət-
lərin sayı ilə müəyyən edilir. Bu sandbox nümunəsinə Birləşmiş Krallıqda rast gəlinir. 
Siyasəti təşviq edən sandbox rejimi
- innovasiyaların tətbiqində maneələrin aradan qal-
dırılması və mövcud tənzimləmə və siyasətin qiymətləndirilməsinə yönəlir. Bu növdən 
olan sandbox rejimlərinin qiymətləndirmə göstəricisi isə tənzimləmədəki dəyişikliklər və 
əvvəl qüvvədə olan tənzimləmə ilə imkan verilməyən yeni bazar iştirakçılarının sayı ilə 
müəyyən edilir. Sinqapurda tətbiq edilən sandbox rejimi məhz bu növə daxilir. 
Tematik sandbox rejimi.
Müəyyən edilmiş xüsusi innovasiya və ya siyasətin tətbiqinin 
sürətləndirilməsinə yönəlir. Bu sandbox rejiminin qiymətləndirmə meyarı isə hədəf-
lənmiş iş modellərinin və ya sahələrin həcminin böyüməsi, habelə tənzimləmədəki 
dəyişikliklərlə müəyyən edilir. Bu sandbox rejimi isə Syerra-Leone Mərkəzi Bankı 
tərəfindən tətbiq edilir. 
Sxem 1. Tənzimləyici-nəzarətedici qurumlar (TNQ) üçün Sandbox rejiminin üstünlükləri 
 
Tənzimləyici-nəzarətedici qurumlar baxımından sandbox rejimini cəlbedici edən 
amillərə ümumən prosesin nəzarət altında saxlanılaraq mütəmadi əsasda monitorinq 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin