Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 57 - 75



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   55   56   57   58   59   60   61   62   ...   163
UNEC-2021-məqalələe

UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 57 - 75 
Scientific Reviews in UNEC, Year 9, Volume 9, January-March, 2021, pp. 57 - 75 


71 
Sxem 4. Maliyyə bazarlarına müsbət təsir istiqamətləri 
Sandbox rejiminin maliyyə bazarlarına təsiri təhlil edilərkən ilk növbədə mövcud 
in-
frastruktura
təsiri qiymətləndirilməlidir. Belə ki, bu rejimin tətbiqi maliyyə bazarlarında 
yenilikçi olan və qanunvericlilikdə fəaliyyəti tənzimlənməyən innovativ təşkilatların 
maliyyə bazarlarına daxil olmasına münbit şərait yaradır. Yeni maliyyə institutlarının 
yaranması maliyyə bazarlarının infrastrukturunun genişlənməsinə və nəticə etibarı ilə 
maliyyə xidmətlərinə çıxış imkanlarının genişlənməsinə müsbət təsir göstərir. 
İnfrastruktur daxilində maliyyə xidmətlərinə çıxış imkanlarının genişlənməsi isə 
ma-
liyyə inklüzivliyinin güclənməsinə
birbaşa təsir göstərən amildir [14]. Yenilikçi təşkilat 
olaraq sandbox rejiminin üstünlüklərindən faydalanacaq maliyyə institutları maliyyə 
xidmətlərinə çıxış baxımından yeni xidmət kanallarının, məhsul və xidmətlərin (blok-
çeyn texnologiyası əsasında kriptovalyuta birjalarının yaranması, həssas məlumatların 
müdafiəsi üzrə mərkəzləşdirilmiş platforma yaratmaqla məhsul və xidmətlərin təqdi-
mi və s.) tətbiqi ilə fərqlənirlər. 
Sandbox rejiminin maliyyə bazarlarında tətbiqi 
institusional islahatların
həyata keçi-
rilməsi ilə müşahidə edilir. Burada diqqəti cəlb edən ilk məqam qanunvericilik isla-
hatlarının maliyyə bazarlarının tələblərinə adaptasiya olunması və daha çevik yanaş-
manın tətbiq edilməsidir. Məhz rejim çərçivəsində test müddətinin tətbiq edilməsi bu 
qanunvericilik islahatlarının gələcək istiqamətlərini müəyyən edir. Tənzimləyici-nə-
zarətedici qurum həyata keçirdiyi siyasət çərçivəsində təşkilatın fəaliyyət istiqamət-
lərini və ona uyğun qanunvericilikdə təkmilləşdiriləcək sahələri müəyyən edir. 
İnfrastrukturun genişlənməsi və institusional islahatlar maliyyə bazarlarında 
rəqabət 
mühitinin 
daha da möhkəmlənməsini və sağlam əsaslarla formalaşmasını təmin edir. 
Formalaşan rəqabət mühiti nəticə etibarı ilə ödəniş xidməti istifadəçilərinə xidmətlərin 
daha effektiv və səmərəli formada təqdim edilməsini təmin edir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin