Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 57 - 75



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   52   53   54   55   56   57   58   59   ...   163
UNEC-2021-məqalələe

UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 57 - 75 
Scientific Reviews in UNEC, Year 9, Volume 9, January-March, 2021, pp. 57 - 75 


67 
uzadıla bilər. Litvada isə bu müddət ilk olaraq 6 ayadək müəyyən edilir və həmin 
müddət əlavə 12 ayadək uzadıla bilər.
Eksperimental hüquqi rejimin təsis edilməsi və onda iştirakla bağlı 2 cür yanaşma 
mövcuddur. Belə ki, nəzarət orqanı istənilən növ eksperimental hüquqi rejimin təsis 
edilməsi ilə bağlı daxil olan müraciətləri qəbul edərək onu qiymətləndirə bilər və ya 
nəzarət orqanı müvafiq sahədə araşdırma edərək hər hansı konkret məhsul və xidmətlə 
bağlı eksperimental hüquqi rejimin təsis edilməsi üçün müraciətlərin edilməsi ilə bağlı 
layihə başlada və yalnız bununla bağlı müraciətləri qiymətləndirə bilər. Həmçinin 
nəzarət orqanları bu rejimin tətbiqində iştiraka yalnız nəzarət etdiyi subyektləri, nəza-
rət etdiyi subyektlərlə müqavilə bağlayaraq əməkdaşlıq edən şəxsləri və ya ümumiy-
yətlə bütün şəxsləri buraxa bilərlər. Ümumilikdə isə, xüsusi tənzimləmə reji-minin 
yaradılması rejimin bütün iştirakçılarına münasibətdə 
könüllülük, aşkarlıq və hesabat-
lılıq prinsipləri
əsasında həyata keçirilir [10]. 
Hüquqi rejimin iştirakçısı olan şəxslər qismində bir qayda olaraq hüquqi şəxslər və 
fərdi sahibkarlar çıxış edirlər. Bununla yanaşı, bu şəxslərə qarşı müxtəlif tələblərə də 
rast gəlinir. Bunlara adətən fərdi sahibkarın və ya hüququ şəxsin icra orqanlarının 
üzvlərinin vətəndaş qüsursuzluğu, vergi və digər icbari ödənişlərlə bağlı borcunun ol-
maması, ləğvetmə, o cümlədən iflas prosesində olmaması, terrorçuluğun maliyyələş-
dirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxs-
lərin siyahısına daxil olmaması və s. tələblər aiddir.
Eksperimental hüquqi rejimin qiymətləndirilməsi meyarları proqramda əvvəlcədən 
müəyyənləşdirilməlidir. Belə ki, müddətin sonunda müvafiq qiymətləndirilmə meyar-
larına cavab verən eksperimental hüquqi rejim barədə ümumi rejimə dəyişikliklər və 
əlavələr edilməlidir. Bu zaman dəyişikliklər qüvvəyə minənədək rejimin müddətinin 
uzadılması və ya uzadılmaması, uzadılmanın forma və qaydası əvvəlcədən müəyyən-
ləşdirilməlidir.
Eksperimental hüquqi rejim çərçivəsində təqdim olunan məhsul, iş və xidmətlərin 
istehlakçılarının maksimum sayı və dairəsi, həmçinin müvafiq əməliyyatların maksi-
mum məbləği, bir istehlakçının apara bildiyi əməliyyatın maksimum sayı və məbləği 
və s. ilə bağlı məhdudiyyətlər nəzərdə tutula bilər. Hesab edirik ki, eksperimental hü-
quq rejiminin xitam olunma və dayandırılma əsasları qanunvericilikdə ciddi tənzim-
lənməlidir. Bu, xüsusilə, subyektin bu rejimi könüllü şəkildə davam etdirmək istəmə-
diyi hala aiddir. Belə ki, bu halda, rejimin subyektinin hüquq və vəzifələrinin digər 
şəxsə ötürülə bilməsi və ya ötürülməməsi ilə bağlı məsələ qanunvericilikdə aydın 
şəkildə əksini tapmalıdır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin