64
Üçüncü mərhələdə
sandbox rejiminin tətbiqi ilə paralel olaraq alternativ həll yolları
da qiymətləndirilir. Bu mərhələdə ilk növbədə məhdudiyyətlərin tipindən asılı olaraq
normativ-hüquqi aktların, o cümlədən normativ xarakterli aktların təkmilləşdirilməsi
və ya dəqiqləşdirilməsi istiqamətləri, bazar iştirakçıları ilə qarşılıqlı müzakirələrin
aparılması imkanı, qanunvericlikdə mövcud tənzimləyici normalardan istifadə ilə ça-
tışmazlığın aradan qaldırılmasının mümkünlüyü, habelə yeni texnologiyanın əhə-
miyyətli olan hansı üstünlüklər vəd etməsi təhlil edilir.
Aparılan təhlil nəticəsində digər tənzimləyici alətlərdən isifadə və qanunvercilikdə
təkmilləşdirmələrin aparılması üzrə həll yolları mümkün olmadıqda testləşdirmənin
aparılması kimi yeni yanaşmanın tətbiqi qiymətləndirilir. Qiymətləndirmə məqsədə-
müvafiq olduqda isə sandbox rejiminin tətbiqi barədə qərar qəbul edilir.
Maliyyə bazarlarının inkişaf istiqamətlərinin müəyyən edilməsi çərçivəsində innova-
siyaların tətbiqinin sürətləndirilməsi və daha əlverişli mühitin formalaşdırılması məq-
sədilə digər alətlərin istifadəsinin mümkünlüyü təyin edilir. Bu mümkün olduğu təq-
dirdə isə sandbox rejimi tətbiq edilmədən digər tənzimləyici alətlərdən istifadənin
mümkünlüyü qiymətləndirilir.
Sandbox rejiminin reallaşdırılması qərarlaşdırıldıqda bu rejimin tətbiqi və ona nəzarəti
həyata keçirəcək cavabdeh qurum, o cümlədən qurum daxilində bölmə, komitə və
onun səlahiyyətləri, habelə daxili və xarici resurslar, rejimin tətbiqi üzrə proseslərin
ardıcıllığı, maraqlı tərəflərlə fəaliyyətin koordinasiya istiqamətləri, şəffaf monitorinq
və hesabatlıq prosedurunun istiqamətləri müəyyən edilməlidir. Qeyd etməliyik ki,
2019-cu ildə Yoxsulluğa Qarşı Mübarizə Qrupunun (CGAP) ölkələrarası apardığı
anket-sorğuya əsasən müəyyən edilmişdir ki, fərqli dövlətlərdə sandbox rejiminin
idarə olunmasına cəlb olunan əməkdaşların sayı 1-25 nəfər arası dəyişir. Üstəlik əksər
dövlətlərdə (sorğuda iştirak edən dövlətlər) 73%-ində bu işçilər tənzimləyici-nəza-
rətedici qurumun öz daxili resursları hesabına təmin edilmişdir.
Ümumən sandbox rejimini xarakterizə edən xüsusiyyətləri aşağıdakı kimi qruplaş-
dırmaq olar:
məqsədin əvvəlcədən müəyyən edilməsi
–
sxemdə də açıqlandığı kimi tənzim-
ləyici-nəzarətedici qurum rejimin tətbiqi ilə bağlı məqsəd(lər)i əvvəlcədən müəyyən
edir. Bir çox hallarda bu, maliyyə bazarlarında innovasiyaların tətbiqinin genişlən-
dirilməsi ilə əlaqədar olur;
çərçivə tələblərinin əvvəlcədən müəyyən edilməsi – maliyyə bazarlarında inno-
vasiyaların tətbiq ediləcəyi sahə və istiqamətlər əvvəlcədən qanunvericiliklə və ya
tənzimləyici-nəzarətedici qurum tərəfindən dəqiq müəyyən edilir;
test rejiminin müddətli olması – fəaliyyətin həyata keçirilməsi üçün təşkilata
müəyyən müddət verilir. Məhz bu müddət ərzində təşkilat innovativ həll və ya tex-
nologiyanı reallaşdırır;
Dostları ilə paylaş: