61
hissədə bir sıra hüquqi normalardan istisnaların və yaxud tələblərin yumşaldılmaların
nəzərdə tutulması ilə də səciyyələnir. Bu mühit qanunvericiliyin müddəalarından irəli
gələrək, tənzimləyici-nəzarətedici orqanın nəzarəti altında və onunla sıx qarşılıqlı əla-
qə şəraitində fəaliyyət göstərən sandbox rejiminin subyektinin
fəaliyyətində qanun-
vericiliyin tələblərindən kənarlaşmalar (qanunvericilik tələbləri ilə uyğunsuzluq) və
ya bu tələblərin yumşaldırılaraq tətbiqi ilə xarakterizə olunur. Akselerator isə fintech
təchizatçıları ilə tənzimləyici-nəzarətedici qurumlar arasında bağlanan razılaşma əsa-
sında müəyyən ssenarilərin hazırlanmasını əks etdirir. Bu ssenarilər layihələrin real-
laşdırılması üzrə maliyyə dəstəyinin tapılmasını və /və
ya gələcəkdə Mərkəzi bank
əməliyyatlarında və ya nəzarət siyasətində istifadə ediləcək həlləri əks etdirir [1].
Maliyyə bazarları üçün yenilik olan sandbox – tənzimləyici test rejimi ilk dəfə 2015-
ci ildən etibarən qabaqcıl maliyyə bazarlarında tətbiq edilməyə başlanmışdır. Bu
sahədə ilk pioner 2015-ci ildə Böyük Britaniya maliyyə bazarlarının
tənzimləyici-
nəzarətedici qurumu FCA (Financial Conduct Authority) olmuşdur. Bu rejim nəzarət
altında olan mühitdə təşkilatlara yeni məhsul, texnologiya və biznes modellərini test
etməyə imkan verir. Buna qədər isə 2012-ci ildə Amerika Birləşmiş Ştatlarında İsteh-
lakçıların Maliyyə Müdafiəsi Bürosu tərəfindən Project Catalyst adı altında sandboxa
oxşar yanaşma tətbiq edilmişdir.
Sandbox – maliyyə bazarı tənzimləyiciləri tərəfindən onların nəzarəti altında tənzim-
lənən mühitdə yenilikçi təşkilatlara maliyyə bazarlarına gətirmək istədikləri innovasi-
yaları real mühitdə əvvəlcədən müəyyən edilmiş məhdudiyyətlər çərçivəsində (müd-
dət, istehlakçıların sayı, əməliyyatların həcmi, coğrafi ərazi və s. ilə bağlı məhdudiy-
yətlər) test etməyə imkan verən çərçivədir.
Hərfi mənada isə “sandbox” qum qutusu, uşaqların nəzarət olunacaq mühitdə oyna-
ması və təcrübə apara bilməsi anlamına gəlir. “Sandbox” ifadəsi yeni biznes modellər
üçün test mühitini nəzərdə tutur. Məhz bu mənadan yola çıxaraq,
sandbox rejimi
iştirakçıların öz innovativ fəaliyyətini qurub yoxlaması üçün bir vasitə hesab edilir.
Qeyd edək ki, beynəlxalq təcrübədə “sandbox” ifadəsi əvəzinə “xüsusi tənzimləmə
rejimi”, “tənzimləyici test rejimi”, “eksperimental hüquqi rejim” və digər anlayışlar-
dan da istifadə edilir.
Tənzimləyici test rejimi olan sandbox maliyyə xidməti təchizatçıları ilə tənzimləyici-
nəzarətedici qurumlar arasında qarşılıqlı əlaqələrin təbiətini dəyişdirərək daha açıq və
intensiv dialoq mühitinin formalaşmasına, maliyyə bazarlarının inkişafında birgə işti-
raka imkan verir. Sandbox tənzimləmə və nəzarət çərçivəsinin çevikliklə dəyişdiril-
məsinə və günün tələblərinə əsasən yenidən formalaşdırılmasına imkan verir. Lakin
bu rejimin tətbiqi fintechlərin inkişafı istiqamətində sadə problemlərlə üzləşən tənzim-
ləyici-nəzarətedici yanaşmanı dəyişdirməməli, bu istiqamətdə daha əsaslı islahatların
aparılmasını təmin etməlidir.
Dostları ilə paylaş: