Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


Hüquqi çərçivədə qeyri-adekvatlıq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   57   58   59   60   61   62   63   64   ...   163
UNEC-2021-məqalələe

Hüquqi çərçivədə qeyri-adekvatlıq 
Bu təhdid altındakı mühüm məsələ fərqləndirilməlidir. İlk növbədə sandbox rejiminin 
üstünlüklərindən yararlanaraq uğurlu nəticələr əldə edən yeni bir təşkilatın maliyyə 
bazarlarına daxil olması üçün hüquqi zəminin formalaşdırılmaması diqqətə alınma-
lıdır. Belə ki, rejimin tələbləri altında fəaliyyət göstərən təşkilatın gələcək fəaliyyəti 
üçün hüquqi əsasın formalaşdırılması istiqamətləri əvvəlcədən təyin edilməli və təşki-
latın stabil fəaliyyət göstərməsi təmin edilməlidir. 
UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 57 - 75 
Scientific Reviews in UNEC, Year 9, Volume 9, January-March, 2021, pp. 57 - 75 


73 
İkinci mühüm məsələ isə tənzimləyici-nəzarətedici qurumun sandbox rejimi tətbiq 
etməklə innovasiyaların tətbiqini genişləndirəcək qanunvericilik islahatlarını apar-
maqdan çəkinməsi ilə bağlıdır. Burada tənzimləyici-nəzarətedici qurum yeni hüquqi 
bazanın formalaşdırılmasını diqqət mərkəzində saxlamalı, habelə yeni təşkilatların 
faəliyyət istiqaməti üzrə hüquqi çərçivə yaratmalıdır. 

Tənzimləmə çərçivəsində boşluqların olması 
Tənzimləyici-nəzarətedici qurum tərəfindən sandbox rejiminin tətbiqi və bu rejimin 
üstünlüklərindən faydalanacaq təşkilatların gələcək fəaliyyət istiqamətlərinin müəy-
yən edilməsi baş verə biləcək risklərin tam əhatə olunması deyil. Belə ki, maliyyə 
bazarlarının bir sahəsində, məsələn ödəniş ekosistmində fəaliyyət göstərən yenilikçi 
təşkilat rejimin üstünlüklərindən yararlanaraq digər sahəyə, məsələn sığorta bazarla-
rına dolayı təsir edə biləcək yeni məhsul və ya xidmətlə çıxış edə bilər. 
Bu halda, tənzimləyici çərçivədə maliyyə bazarlarını tam əhatə etməməklə bağlı boş-
luğun olması və əvvəlcədən qiymətləndirmənin düzgün təyin edilməməsi maliyyə ba-
zarının digər seqmenti üçün risklərin yaranmasına səbəb ola bilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin