74
Mərkəzi Bank tərəfindən sandbox rejiminin daha effektiv formada tətbiqi, qiymətlən-
dirmənin obyektiv əsaslarla aparılması məqsədilə bu rejimi və onun tələbləri əsasında
fəaliyyət göstərəcək şəxsləri qiymətləndirəcək işçi qrupu və ya icraiyyə komitəsi for-
malaşdırılmalıdır. Bu qrup və ya komitədə Mərkəzi Bankla yanaşı, aidiyyəti bankların
və fintech təşkilatlarının, fintex assosiasiyasının, müstəqil ekspertlərin iştirakı məqsə-
dəuyğun hesab edilir.
Həmçinin sandbox rejiminin tətbiqi üzrə Mərkəzi Bankın səlahiyyətləri, hüquq və və-
zifələri, bu rejim çərçivəsində
nəzarət prinsipləri, istisna və yumşaldılmaların edilə
biləcəyi hüquqi aktların dairəsi qanunvericiliklə dəqiq müəyyənləşdirilməlidir.
Rəqəmsal ödəniş ekosisteminə nəzər salsaq müşahidə edərik ki, qanunvericilik baza-
sının mövcud olmamasına baxmayaraq bir çox aparıcı təşkilatlar
tərəfindən ödəniş
xidmətləri (“Goldenpay” MMC, “Komtec” MMC, “Paysis” MMC, Modenis” MMC,
“Akhundoff Group” MMC və s.) göstərilir, habelə vətəndaşlara müxtəlif ödəniş həlləri
(“Yığım” MMC, “Paynet” MMC, “Pulpal” MMC və s.) təqdim edilir. “Ödəniş xid-
mətləri və ödəniş sistemləri haqqında” qanun layihəsinin qəbulundan sonra lisenziya
əldə etməyən təşkilatlar birmənalı qaydada öz fəaliyyətlərini davam etdirmək üçün
sandbox rejiminin üstünlüklərindən yararlanmalı olacaqlar.
Sandbox rejimi ölkədə tətbiq edilmədiyinə və rəqəmsal ödəniş xidmətlərinin hüquqi
bazası formalaşmadığına görə bu rejimin maliyyə bazarlarına təsirinin rəqəmlər əsa-
sında qiymətləndirilməsi mümkün deyildir. Belə ki, dəqiq qiymətləndirmənin aparıl-
ması üçün ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qeyd edilən hüquqi çərçi-
vənin formalaşdırılması zəruridir. Məhz bu mərhələdən
sonra fəaliyyəti bu hüquqi
çərçivə ilə tənzimlənməyən təşkilatlar müəyyən edilə bilər. Növbəti addım olaraq isə
bu təşkilatların dəqiq fəaliyyət sxemləri, əməliyyat dövriyyəsi və onun ümumi çəkidə
payı təhlil edilərək qiymətləndirmə aparıla bilər.
Nəticə
Maliyyə bazarlarının inkişafında innovasiyaların tətbiqi üzrə qurulacaq yeni mərhə-
lənin əsasını qoyan sandbox rejimi tənzimləyici-nəzarətedici qurumlar üçün daha çe-
vik və müasir tənzimləmə aləti olmaqla maliyyə bazarı iştirakçıları ilə qarşılıqlı müna-
sibətlərin yeni müstəvidə qurulmasını, iqtisadi subyektlərin fəaliyyətinin yeni reallığın
tələbləri ilə uzlaşmasını təmin edir.
Tənzimləyici-nəzarətedici qurum sandbox rejimini tətbiq etmədən əvvəl maliyyə ba-
zarlarının cari vəziyyətini və gələcək inkişaf istiqamətlərini qiymətləndirməli, qanun-
vericiliyə dəyişikliklərin edilməsi kimi alternativ həll yollarını təhlil etməli,
habelə
risklər və onların qarşısının alınması yollarını nəzərə almalıdır.
Sandbox rejiminin maliyyə bazarlarına təsiri innovativ həllərin tətbiqinin dərinləş-
məsi, institusional islahatların aparılması, təşkilatların fəaliyyətinin testləşdirilməsi
Dostları ilə paylaş: