Zaman laqı və İKT İKT sahəsində yatırılan investisiyalardan lazımi nəticə əldə edilməsi müəyyən zamana
görə dəyişir. Belə ki, müəssisələrdə öyrənmək, uyğunlaşmaq və yenidən təşkilatlan-
maq üçün müəyyən vaxta eytiyac duyulur. Qısamüddətli və ortamüddətli təsirlər də-
yişkən ola bilər. İKT sahəsində investisiya qoyuluşunun müəssisənin fəaliyyətinə təsir
göstərmə müddəti haqqında yekdil fikir yoxdur. Nəticələr texnologiyanın növü və təş-
kilati innovasiyanın mövcudluğu kimi bir sıra amillərdən asılıdır.
Tədqiqatçıların əksəriyyəti müəyyən zaman ərzində İKT sahəsində investisiyaların
müəssisələrin fəaliyyətlərinə təsirlərinin müxtəlif olduğu qənaətindədirlər. Belə ki,
Brincolfson və Hitt qeyd etmişlər ki, İKT-yə investisiya yatırımları 1-ci ildən 6-cı ilə
qədər müəssisənin fəaliyyətində müxtəlif təsirlərə malik olur. Yəni, uzunmüddətli
dövrdə İKT-yə investisiya qoyuluşlarının təsiri daha çoxdur.
Qeyd etmək lazımdır ki, müxtəlif İKT növlərinə (ümumi istifadə, kommunikasiya və
bazar yönümlü) investisiya yatırılması, İKT vasitələrindən işçi heyətin istifadəsi və
İKT ilə təşkilati innovasiyalar arasında əlaqənin yaranması müəssisə üçün əlavə dəyə-
rin formalaşmasına səbəb olur. Belə ki, İKT resursları müəssisə daxili və xarici kom-
munikasiya və koordinasiya fəaliyyətlərini əhatə edən əlaqələrin güclənməsinə səbəb
olur. İKT müəssisə daxilində, eyni zamanda xarici tərəf-müqabilləri (müştərilər və tə-
darükçülər) ilə sürətli və səmərəli informasiya mübadiləsinə şərait yaradır. İKT müəs-
sisənin işçiləri, şöbələri və başqa müəssisələrlə daha sıx qarşılıqlı əlaqələr və koordi-
nasiyaya sahib olmağa kömək edir [5].
Başqa bir tərəfdən isə daxili və xarici kommunikasiyalar, o cümlədən koordinasiya
müəssisədə əməliyyatların daha yaxşı şəkildə icrasına səbəb olur. Bildiyimiz kimi,
istehsal müəssisələrində əməliyyatlar əsasən dörd iqtiqamət üzrə reallaşdırılır: xərc,
keyfiyyət, çatdırılma və dəyişikliklərə uyğunlaşma. Müəssisədə İKT-dən istifadə et-
məklə daha yaxşı kommunikasiya və koordinasiyaya malik olmaq həmin dörd sahənin
güclənməsinə səbəb olur. Lazımi informasiyanın əldə edilməsi qərar qəbul etmə pro-
sesinin yaxşılaşmasına və istehsal resurslarının daha səmərəli şəkildə bölünməsinə
səbəb olur ki, bu da öz növbəsində müəssisənin məhsuldarlığını və səmərəliliyini