78
istehsal olunan məhsul üzrə xərclərin minimumlaşdırılması və bu yolla məhsulların
satış qiymətlərinin azalmasına, daha çox istehlakçı cəlb etməklə bazar payının geniş-
lənməsinə və rəqabət qabiliyyətlərinin yüksəlməsinə səbəb olur.
Hazırkı dövrdə bir çox ölkələrdə, xüsusilə də inkişaf etməkdə olan ölkələrin müəssisə-
lərində səmərəlilik və məhsuldarlıq nisbətən aşağı səviyyədədir, bu da həmin müəssi-
sələrin qlobal bazarlarda rəqabət mübarizəsində məğlubiyyətləri ilə nəticələnir. Müəs-
sisələrin bazarlardan sıxışdırılaraq çıxarılması onların mənfəətlərinin azalmasına
səbəb olmaqla bərabər, eyni zamanda ölkədə sosial-iqtisadi problemlərin yaranmasına
gətirib çıxarır. Müəssisələrin səmərəliliklərini və məhsuldarlıqlarını artırmaq məqsə-
dilə bir sıra amillərdən istifadə edilir: informasiya və
kommunikasiya texnologiya-
larından (İKT) daha geniş şəkildə istifadə, innovasiya fəaliyyətinin gücləndirilməsi,
işçi qüvvəsi və menecment bacarıqlarının artırılması və s. Sadalanan amillər içərisində
İKT-dən geniş istifadə müəssisənin bütün fəaliyyət istiqamətlərini
əhatə etdiyindən
daha önəmli hesab olunur. Belə ki, İKT-dən istifadə müəssisənin yeni məhsul yara-
dılmasında, qiymətqoyma siyasətində, marketinq fəaliyyətində, xammal alışı və məh-
sul satışında, eyni zamanda istehsal prosesinin müasir tipli
texnologiyalarla idarə
edilməsində önəmli təsir gücünə malikdir.
Beynəlxalq səviyyədə İKT-nin müəssisələrə təsiri ilə əlaqədar çoxlu sayda elmi təd-
qiqatlar aparılmışdır. Bu tədqiqatların əksəriyyətində İKT-nin
müsbət təsiri vurğu-
lanmışdır. Lakin dünya ölkələrində fəaliyyət götərən müəssisələrə
nəzər yetirdikdə
müxtəlif səbəblərdən hamısında İKT istifadəsinin yüksək səviyyədə olmadığını gör-
mək olar. Müəssisələrin İKT istifadəsinin aşağı olması
səbəblərinə maliyyə imkan-
larının məhdudluğu, menecerlərin İKT faydaları haqqında lazımi bilgiyə malik olma-
maları, müəssisələrdə İKT bacarıqlarının azlığı, ölkə səviyyəsində İKT istehsalı və
istifadəsi ilə əlaqədar zəruri dövlət strategiyasının yoxluğu, stimullaşdırıcı tədbirlərin
kifayət qədər olmaması və başqalarını nümunə göstərmək olar. Son illərdə ölkəmizdə
istehlakçılar və istehsalçıların İKT istifadəsi sahəsində bir çox uğurların əldə edilmə-
sinə baxmayaraq, dünyanın inkişaf etmiş və bir sıra inkişaf etməkdə olan ölkələrində
fəaliyyət göstərən müəssisələr ilə müqayisə apardıqda
müəyyən zəifliklərin olduğu
müşahidə edilir. Belə olan təqdirdə ölkəmizin iqtisadi artımının təmin edilməsi, qeyri-
neft sektorunun gücləndirilməsi, ixrac potensialının artırılması və istehsal imkanlarının
genişləndirilməsi məqsədilə müəssisələrin daxili və xarici rəqabət mühitində uğurlarının
təmin edilməsi üçün İKT istifadəsini genişləndirmək məqsədəuyğun hesab edilir.
Dostları ilə paylaş: