Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   63   64   65   66   67   68   69   70   ...   163
UNEC-2021-məqalələe

Nəzəri yanaşmalar 
Son onilliklər ərzində İnformasiya və Kommunikasiya Texnologiylarının (İKT) müəs-
sisələrin fəaliyyətinə təsiri bir çox tədqiqatçıların diqqət göstərdikləri əsas məsələ-
UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 76 - 91 
Scientific Reviews in UNEC, Year 9, Volume 9, January-March, 2021, pp. 76 - 91 


79 
lərdən olmuşdur. Keçən əsrin 90-cı illərindən başlayaraq beynəlxalq səviyyədə real-
laşdırılan tədqiqatların çoxunda İKT-nin müəssisə fəaliyyətinə müsbət təsiri olduğu 
və İKT sahəsində investisiya yatırımlarının müəssisə üçün əhəmiyyətliliyi vurğu-
lanmışdır. İKT sahəsində investisiya imkanları genişləndiyi dövrdə tədqiqatçılar daha 
ciddi araşdırmalar apararaq, bu sahəyə investisiyaların müəssisə üçün müsbət və 
önəmli olması qənaətinə gəlmişlər. Belə ki, tədqiqatçı alim Brincolfson öz araşdır-
masında bu nəticəyə gəlmişdi ki, İKT sahəsində investisiya yatırımı müəssisənin əmək 
məhsuldarlığını artırmaqla yanaşı, çoxfaktorlu məhsuldarlığına da müsbət təsir edir 
[4]. Başqa bir araşdırmaçı Qilçirist emal sənayesində apardığı təqdiqatda İKT-nin 
müəssisədə əmək məhsuldarlığına və çoxfaktorlu məhsuldarlığa müsbət təsir göstər-
diyini qeyd etmişdir. Bu istiqamətdə başqa oxşar tədqiqatlar bir sıra Avropa və Asiya 
ölkələrində də aparılmışdır (1999-cu ildə Schreyer G-7 ölkələri üzrə, 2001-ci ildə 
Greenan və başqaları Fransa üzrə, 2003-cü ildə O’Mahony və başqaları ABŞ və Böyük 
Britaniya üzrə, 2003-cü ildə Timmer və başqaları Avropa Birliyi üzrə, 2003-cü ildə 
Leeuven və başqaları Danimarka üzrə). Həmin araşdırmalarda qeyd edilmişdir ki, in-
kişaf etməkdə olan ölkələrdə fəaliyyət göstərən müəssisələrin dünyada İKT sahəsində 
baş verən dəyişikliklərdən kənarda qalmaları arzu olunan hal deyildir. Müəssisələr 
dəyişikliklərin xüsusiyyətlərini və İKT-nin məhsuldarlığa təsirini dəqiqliklə dərk et-
məlidirlər. Bu səbəbdən də həmin ölkələrdə genişmiqyaslı İKT strategiyalarının for-
malaşdırılması və reallaşdırılması önəmli hesab olunur. Müəssisələrin əksəriyyətində 
İKT əməliyyatlarının reallaşdırılması üçün istifadə edilən resursların kifayət qədər 
olmaması bu məsələni daha da ciddiləşdirir [4]. 
Başqa bir sıra tədqiqatçılar (Siqala, 2003; Martinez, Gabriel və Navarro, 2010) öz 
araşdırmalarında bildirmişlər ki, müəssisələrin əksəriyyəti rəqabət mübarizəsində 
qalib gəlmək və uğurlu biznesə nail olmaq məqsədilə İKT-dən istifadə edirlər. Faktiki 
olaraq bu texnologiyalar müəssisələrin davamlı rəqabət üstünlüyünün əldə edilmə-
sində müstəsna əhəmiyyətə malikdir [2]. Amma aydın məsələdir ki, müəssisələr effek-
tiv biznesə malik olmaq məqsədilə müasir texnologiyalardan və internet yönümlü 
vasitələrdən istifadə etmək üçün müəyyən çətinliklərlə qarşılaşırlar. Texnologiya dün-
yasında baş verən inkişaflar əsas biznes idarəetməsində yeni güclərin yaranmasına 
səbəb olmuşdur, eyni zamanda İKT-dən istifadə müəssisələrin məhsuldarlıqlarının 
artması ilə nəticələnir. İKT-dən istifadə müəssisələrin daha yaxşı idarə edilməsi və 
biznes fəaliyyətlərinin rəqəmsallaşması ilə nəticələnir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin