Müəssisələrin İKT əldə etməsində olan maneələr Bir çox mütəxəssislərin fikirlərinə əsasən müəssisələrin biznes fəaliyyətlərində İKT-
dən lazımi səviyyədə istifadəsinə mane olan müəyyən amillər mövcuddur. Maneələr
ölkələr və sektorlar üzrə fərqlənir, ümumilikdə bu istiqamət üzrə aşağıda göstərilən
xüsusi maneələri qeyd etmək mümkündür:
1. Bəzi biznes fəaliyyətlərində İKT-dən istifadə qeyri-mümkündür. Bir sıra müəs-
sisələr öz biznes fəaliyyətlərində İKT vasitələrindən istifadə etmədiklərini fəaliyyət
göstərdikləri biznesin növü ilə əlaqələndirirlər. Belə ki, Avropa Birliyində aparılmış
tədqiqatdan aydın olur ki, öz satış məqsədləri üçün internetdən istifadə etməyən kiçik
və orta müəssisələr elektron kommersiyanın onların biznes fəaliyyətlərinə uyğun
olmadığını düşünürlər. Bir sıra kiçik müəssisələr isə İKT-dən yalnız əlaqə yaradılması
məqsədilə istifadə edirlər. Bu baxımdan da qeyd etmək olar ki, müəssisələrin İKT
vasitələri haqqında bu fikirdə olmaları onların İKT texnologiyalarından lazımi şəkildə
istifadə etməməklərinə səbəb olur.
2. Sahibkarların və işçi heyətin İKT bacarıqlarının azlığı. Bir çox müəssisələrdə sahib-
kar və menecerlərin İKT bacarıqları onların biznes fəaliyyətlərində İKT-dən istifadə
səviyyələrinə əhəmiyyətli şəkildə təsir edir. Sahibkar və ya menecerin İKT vərdişləri
az olduğu təqdirdə İKT-nin yalnız böyük müəssisələr üçün səmərəli olduğunu düşü-
nürlər. Həmin müəssisələrin lazımi maliyyə resursları olduğu təqdirdə belə, biznes
fəaliyyətlərinin İKT-yə ehtiyacını dərk etməkdə çətinlik çəkirlər. Bundan əlavə, bir
sıra müəssisə menecerləri İKT haqqında müsbət fikirdə olduqları təqdirdə belə,
işçilərin İKT bacarıqlarının yoxluğu onların çətinliklə qarşılaşmalarına səbəb olur.
3. Müəssisələrdə standartların və İKT ilə əlaqədar tətbiqlərin yoxluğu. Alıcılar və təc-
hizatçılar arasında əlaqələrin yaradılması müştərək platformanın mövcudluğu şəraitində
mümkün olur. Müəssisələr kommunikasiya vasitələri tətbiq etmək istədikdə çoxlu sayda
müxtəlif alternativlər ilə qarşılaşırlar. Avadanlıqların müxtəlifliyi bir çox müəssisələri
bu sahəyə investisiya yatırmaqdan çəkindirir. Bundan əlavə, bir çox yüksək səviyyəli