86
müasir İKT texnologiyaları maliyyə imkanları geniş olan daha böyük müəssisələr üçün
nəzərdə tutulmuşdur və adətən kiçik müəssisələr üçün mürəkkəb və bahalıdır.
4. İKT sistemlərinin quraşdırma və təmir xərclərinin yüksək olması. Bir çox müəssi-
sələr İKT sistemlərinin quraşdırılması və təmir xərclərinin onların yaradacağı fayda-
lardan daha çox olduğu üçün istifadəsindən çəkinirlər.
Bu məsələ maliyyə məhdu-
diyyətləri ilə üzləşən kiçik müəssisələr üçün əsas maneədir. Bir sıra müəssisələr İKT
sahəsinə investisiya yatırmaq üçün banklardan kredit əldə etmək imkanına malikdir-
lər. Lakin bu investisiyanın gəlirliyinin aşağı olması müəssisələr üçün cəlbedici olmur.
Bu səbəbdən də müəssisələrin əksəriyyəti İKT-dən yalnız
istehsal olunan məhsullar
haqqında informasiya yayılmasını təmin edən saytlar məqsədilə yararlanırlar.
5. Əldə etmə imkanları. İnternet bağlantısının və kommunikasiya vasitələrinin əlçatan
səviyyədə olması müəssisələr üçün əhəmiyyətlidir. Bu da onların ehtiyaclarına və is-
təklərinə uyğun İKT vasitələrinin və operatorların seçilməsinə birbaşa təsir göstərir.
Hazırkı şəraitdə müəssisələrin internet əldə etmək məqsədilə daha çox istifadə etdikləri
vasitə sabit telekommunikasiya şəbəkələridir. Sabit telekommunikasiya şəbəkələri baza
məqsədləri üçün faydalı olmasına rəğmən, elektron kommersiya və hətta elektron biznes
əməliyyatları üçün genişşəbəkəli internet (DSL, fiber və yüksək tutumlu geniş şəbəkəli)
tələb olunur. İnternet bağlantısının və informasiya ötürülməsi sürətinin aşağı səviyyədə
olması biznes fəaliyyətləri üçün internetdən istifadədə müəssisələrə çətinlik yaradır.
6. Təhlükəsizlik və inamın yoxluğu. Bir çox kiçik müəssisələr onlayn formada məhsul
satışı zamanı tanınmış ticarət markasına malik müəssisələrə
nisbətən daha böyük
maneələrlə qarşılaşırlar. Onlayn müştərilər daha çox tanınmış ticarət markaları olan
müəssisələrə üz tuturlar.
7. Hüquqi baxımdan qeyri-müəyyənliklər. İnternet və e-kommersiya mübadilələrinin
əksəriyyəti beynəlxalq xarakterlidir. Bu səbəbdən də müəssisələr valyuta məzənnəsi,
müxtəlif hüquqi və tənzimləmə mühiti kimi məsələlərə daha çox diqqət yetirməlidir.
Müəssisə fərqli hüquqi mühitdə işlədiyi müddətdə risk etmiş olur. Böyük müəssisələr
lazım olduğu təqdirdə məşvərət məqsədilə daxildə hüquq departamenti yaradır. Lakin
kiçik müəssisələr müəyyən səbəblərdən belə bir imkandan məhrumdur. Bu baxımdan
da müqavilə, çatdırılma şərtləri və zəmanət ilə əlaqədar hüquqi qeyri-müəyyənliklər
elektron kommersiya mübadilələrinin əsas maneəsi hesab olunur.
Dostları ilə paylaş: