Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


N.V.Bəymməmədli: Müəssisələrdə səmərəlilik və məhsuldarlığın artırılmasında İKT-nin rolu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   74   75   76   77   78   79   80   81   ...   163
UNEC-2021-məqalələe

N.V.Bəymməmədli: Müəssisələrdə səmərəlilik və məhsuldarlığın artırılmasında İKT-nin rolu 


88 
-
İKT investisiyalarına vergi güzəştlərinin tətbiqi. Biznes qurumları öz inkişaf-
larına müsbət təsir edən İKT sahəsinə investisiya yatırmağa çox da meyilli olmurlar. 
Çünki İKT-nin biznesə təsiri tədarükçülər, rəqiblər və müştərilər arasında paylanır. Bu 
səbəbdən də dünyada İKT investisiyaları məqsədilə vergi güzəştləri tətbiq edən ölkə-
lərin sayı artır. Ölkələr müəssisələrdə İKT investisiyalarını artırmaq məqsədilə stimul-
laşdırma tədbirləri reallaşdırır. Eyni zamanda nəzərə alınmalıdır ki, İKT vasitələrinə 
vergi güzəştlərinin tətbiqi hər bir ölçüdə olan müəssisələr üçün əlçatan olmalıdır. 
3. Müvafiq şəraitin yaradılmasının dəstəklənməsi 
Dövlətlər eyni zamanda müəssisələrin İKT əldə etməsini genişləndirmək məqsədilə 
dəstəkləyici şəraitin və lazımi amillərin təmin edilməsinə yardım etməlidir. Bu məq-
sədlə aşağıdakılar reallaşdırıla bilər: 
-
İKT istifadəsinin qiymətləndirilməsi. Lazımi tədbirlərin reallaşdırılması məqsə-
dilə ilk öncə qiymətləndirmə aparılmalıdır. Bu səbəbdən də ölkədə biznes müəssi-
sələrin və müştərilərin İKT-dən istifadə səviyyəsi dəqiq müəyyənləşdirməlidir. Bu 
məqsədlə aşağıdakı indikatorlardan istifadə edilə bilər: internetdən istifadə edən müəs-
sisələrin sayı, müəssisələrin İKT investisiyaları, onlayn alış həyata keçirən ev təsərrü-
fatlarının payı, e-kommersiyadan və onlayn bank xidmətlərindən istifadə edənlərin sayı. 
-
geniş şəbəkəli internetdən istifadənin dəstəklənməsi; İKT vasitələrinin imkanla-
rından bütünlükdə faydalanmaq məqsədilə müəssisələrin geniş şəbəkəli internetdən 
istifadələrini dəstəkləmək lazımdır. Dövlət rəsmiləri bu sahədə lazımi layihələr hazır-
lamalı, müəssisələrin şəbəkələrə investisiya yatırmaq maraqlarının artmasına səbəb 
olan vergi siyasəti yürütməli, yüksək xərclərə subsidiyalar verməli; məhdud resurs-
ların müvafiq sahələrə yönəldilməsini təmin etməlidir. 
-
rəqəmsal bacarıqların artırılmasını dəstəkləmək; İKT-nin imkanlarından yarar-
lanmaq məqsədilə işçilərin və müştərilərin rəqəmsal bacarıqlarının olması zəruridir. 
Ölkələr məktəblərdə rəqəmsal biliklərin öyrənilməsini, ali məktəblərdə və texniki 
institutlarda daha mütərəqqi İKT bacarıqlarının treyninqinin təşkilini təmin etməlidir. 
-
dövlətin idarə edilməsində İKT avadanlığından geniş istifadə. Dövlət rəsmiləri 
bütün səviyyələrdə dövlət sektorunun idarə edilməsinin daha effektiv və daha səmərəli 
təşkili üçün İKT vasitələrindən geniş istifadə etməlidir. Bu istiqamətdə elektron höku-
mətin inkişafı ilə yanaşı, ictimai məsələlərin həllində və dövlət qurumlarının mobilli-
yinin təmin edilməsində İKT-dən istifadə artırılmalıdır. Eyni zamanda biznes müəssi-
sələri və istehlakçıların dövlət orqanları ilə əlaqələrinin yaradılmasında İKT-dən geniş 
istifadəyə şərait yaradılmalıdır. 
-
məlumat bazasından istifadənin stimullaşdırılması. Məlumat bazası məhsuldar-
lıq və innovasiyanın inkişafında müstəsna əhəmiyyətə malikdir. Xüsusilə də dövlət 
tərəfindən yaradılmış məlumat bazasından kommersiya məqsədləri üçün istifadə edil-
məsi səhiyyə xidmətlərinin keyfiyyətinin artması, enerjidən istifadənin azalması və 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin