Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


N.V.Bəymməmədli: Müəssisələrdə səmərəlilik və məhsuldarlığın artırılmasında İKT-nin rolu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   76   77   78   79   80   81   82   83   ...   163
UNEC-2021-məqalələe

N.V.Bəymməmədli: Müəssisələrdə səmərəlilik və məhsuldarlığın artırılmasında İKT-nin rolu 


90 
dəsinə mənfi təsir edən amillərdən biri işçilərin İKT bacarıqlarının azlığıdır. Bu məq-
sədlə İKT bacarıqların artırılması məqsədilə müvafiq treyninq proqramlarının dövlət 
tərəfindən icrası və yaxud da müəssisə daxilində təşkil olunacaq treyninq proq-
ramlarının maliyyələşməsinə subsidiyaların verilməsi effektiv təsir göstərə bilər. 
- müəssisələrin İKT avadanlıqlarına əlçatanlığını gücləndirmək məqsədilə xaric-
dən belə növ avadanlıq idxal edənlərə müəyyən gömrük güzəştlərinin tətbiqi. İKT va-
sitələri qiymətlərinin yüksəkliyinə təsir edən amillərdən biri idxal olunan avadanlıq-
lara gömrük rüsumlarının tətbiqidir. Bu səbəbdən də İKT vasitələri idxalına gömrük 
rüsumlarında güzəştlərin tətbiqi müəyyən səviyyədə qiymətlərin enməsinə və bu da 
öz növbəsində müəssisələrin əlçatanlığının artmasına səbəb ola bilər.
- geniş şəbəkəli sistemlərə investisiya yatıran müəssisələrin dəstəklənməsi. Ölkə 
səviyyəsində elektron biznesin inkişafına mane olan amillərdən biri geniş şəbəkəli 
internetdən az istifadə edilməsidir. Bunun əsas səbəbi geniş şəbəkəli internetin ölkənin 
hər bir ərazisini əhatə etməməsidir. Bu məqsədlə ölkə üzrə geniş şəbəkəli internetin 
infrastruktur imkanlarının artırılması istiqamətində internet provayder şirkətlərinin 
maliyyə vəsaitləri ilə dəstəklənməsi ölkə üzrə sürətli internetin təmin edilməsində 
müsbət rol oynaya bilər. 
- bank, kredit təşkilatları, İKT sənaye nümayəndələrinin iştirakı ilə elektron kom-
mersiya üçün daha səmərəli təhlükəsizlik sistemlərinin tətbiqi və ümumilikdə e-kom-
mersiyanın inkişafı istiqamətində dəyirmi masaların keçirilməsini dəstəkləmək. Hər 
bir ölkədə elektron kommersiyanın inkişafını təmin edən amillərdən biri səmərəli 
təhlükəsizlik sistemlərinin mövcudluğudur. Bu məqsədlə qeyd edilən sahədə fəaliyyət 
göstərən müəssisələrin zəruri ehtiyaclarının müəyyənləşdirilməsi, onların investisiya 
imkanlarının qiymətləndirilməsi və önəmli sahələrin dəyərləndirilməsi məqsədilə 
qeyd edilən təşkilatların iştirakı ilə görüşlərin, konfransların və dəyirmi masaların ke-
çirilməsi daha məqsədəuyğun qərarların qəbuluna səbəb ola bilər. 
Ədəbiyyat 
1. Lucy Chairoel, Setyawan Widyarto, Vera Pujani, “ICT adoption in affecting organizational perfor-
mance among Indonesian SME”. June 2015, The International Technology Management Review 
Vol. 5 (2015)(No. 2): 82-93; 
2. Alaa Salam Jameel, Mohammed Abdul-Karem, Noor Zuhair Mahmood., “Review of the impact of 
ICT on business firms”. International Journal of Latest Engineering and Management Research 
(IJLEMR) ISSN: 2455-4847, Volume 02 - Issue 01 January 2017, PP. 15-19; 
3. “The economic impact of ICT: measurement, evidence and implications”, OECD, 2004; 
4. Roghieh Gholami, Saeed Moshiri, Sang-Yong Tom Lee., “ICT and productivity of the manufacturing 
industries in Iran”, October 2004, Electronic Journal of Information Systems in Developing 
Countries 19(4); 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin