Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


İKT-dən istifadənin artırılması məqsədilə reallaşdırılması zəruri olan siyasətlər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   73   74   75   76   77   78   79   80   ...   163
UNEC-2021-məqalələe

İKT-dən istifadənin artırılması məqsədilə reallaşdırılması zəruri olan siyasətlər 
Müəssisələrin İKT-dən istifadəsi sahəsində qeyd edilən maneələr təkcə bir ölkədə 
deyil, əksər dünya ölkələrində mövcud olan əsas çətinliklərdir. İqtisadiyyatın bütün 
sahələrində İKT-dən istifadənin yüksəldilməsi iqtisadi artımın əsas hərəkətverici qüv-
UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 76 - 91 
Scientific Reviews in UNEC, Year 9, Volume 9, January-March, 2021, pp. 76 - 91 


87 
vəsi olduğundan bir sıra beynəlxalq tədqiqatlarda verilən tövsiyələrə əsasən, ümumi-
likdə dövlət rəsmiləri bu məqsədin reallaşması məqsədilə aşağıdakı tədbirləri real-
laşdıra bilərlər: 
1. İKT qiymətlərinin aşağı səviyyədə saxlanılması. İqtisadi nəzəriyyədə qeyd edil-
diyi kimi qiymətlərin artımı ümumilikdə tələbin azalmasına səbəb olur. Bir çox təd-
qiqatçıların araşdırmalarına əsasən bu qanun İKT üçün də keçərlidir. Bu səbəbdən də 
İKT-dən istifadənin artırılması yollarından biri İKT avadanlıqları və xidmətləri qiy-
mətlərinin azaldılmasıdır. Bu istiqamətdə gömrük tariflərinin və vergilərin azal-
dılması, habelə istifadəçilərə dünyanın istənilən yerindən ən yüksək səviyyəli İKT va-
sitələri almaq imkanının yaradılması effektli ola bilər. Qiymətlərin azaldılması müəs-
sisələrin İKT vasitələri əldə etməyə maraqlarının artmasına və maliyyə imkanlarının 
genişlənməsinə səbəb ola bilər. 
2. İKT-yə olan tələbin artırılması. Qiymətlərin aşağı səviyyədə saxlanılması ilə 
bərabər İKT-yə olan tələbin artırılmasına ehtiyac vardır. Bu məqsədlə aşağıdakılar 
həyata keçirilə bilər: 
-
Bazarın dinamikliyini qorumaq məqsədilə bir sıra qaydaların məhdudlaşdı-
rılması. Bildiyimiz kimi müəssisələr İKT-dən istifadə edərkən lazımi miqdarda fayda 
əldə etmədikdə, bu sahəyə daha az investisiya yatıracaqlar. Bir sıra ölkələrdə əmtəə 
və əmək bazarları ilə əlaqədar qanunlar İKT-dən istifadədə maneədir, çünki onlar İKT 
təsirindən yaranan məhsuldarlığın azalmasına səbəb olur. Əmək bazarı ilə əlaqədar 
qanunlar çox hallarda menecerlərin dəyişikliyə adaptasiya imkanlarını azaldır, istehsal 
səmərəliliyinin əldə edilməsi məqsədilə İKT-dən istifadəyə maneələr yaradır. Əmtəə 
bazar qaydaları istər makro səviyyədə və istərsə də mikro səviyyədə, çox hallarda 
rəqabət mühitinə mənfi təsir göstərir ki, bu da öz növbəsində müəssisələrin İKT sa-
həsinə investisiya yatırmaq stimullarını azaldır.
-
Kiçik biznes müəssisələrin ümumi şəkildə dəstəklənməsinin azaldılması. Bir 
sıra ölkələr kiçik və orta sahibkarlığı subsidiyalaşdırdığına görə böyük müəssisələrə 
nisbətən onların İKT istifadəsi azalır. Çünki böyük müəssisələr İKT sahəsinə çoxlu 
sayda investisiya yatırırlar və bu da onların miqyas effektindən faydalanmalarına 
səbəb olur. Kiçik və orta müəssisələrin ümumi fəaliyyətlərinə dövlət tərəfindən subsi-
diyalar verildikdə onların rəqabət mübarizəsində qalib gəlmək meyilləri azalır. 
-
Müəssisələrin İKT əldə etmələrinə yardım etmək. Müəssisələrin daha innovativ 
və məhsuldar olmalarını təmin etmək məqsədilə subsidiyalaşdırma və dəstəkləmə 
proqramları fərqlidir. Müəssisələr adətən İKT-dən biznes fəaliyyətlərində effektiv isti-
fadə etmək üçün lazımi ehtiyatlara malik olmurlar. Texniki yardım proqramları həmin 
müəssisələrin İKT vasitələri əldə etmələrinə və lazımi şəkildə yararlanmalarına kömək 
etmiş olar və bu səbəbdən də dəstək proqramları ümumi şəkildə deyil, İKT vasitə-
lərindən istifadənin artırılması məqsədi daşımalıdır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin