89
nəqliyyat mobilliyinin güclənməsi kimi faydaların yaranmasına səbəb olur.
Dövlət
qurumları müəssisələrin məlumat bazalarından istifadəsini təmin etməlidir.
Nəticə və təkliflər
Müəssisələrin fəaliyyətində İKT-nin müstəsna əhəmiyyətə malik olması bütün alimlər
tərəfindən qeyd edilmişdir. Müəssisələr İKT-dən geniş istifadə etməklə demək olar ki,
bütün fəaliyyət istiqamətlərində daha yaxşı nəticələr əldə edirlər. Dünya ölkələrində
mövcud olan müəssisələrin İKT-dən istifadə səviyyəsi müxtəlifdir. Bu müxtəlifliyin
bir çox səbəbləri vardır. Həmin səbəblərə maliyyə vəziyyətinin lazımi səviyyədə ol-
maması, İKT bacarıqlarının azlığı, İKT-nin faydalıqları haqqında lazımi bilgiyə malik
olmama, İKT avadanlığı qiymətlərinin baha olması və digərlərini qeyd etmək olar.
Ölkəmizdə son illərdə İKT sahəsində həyata keçirilən tədbirlərin nəticəsində böyük
irəliləyişlərə nail olunmuşdur. Bu tədbirlərin nəticəsində ölkəmizdə əhalinin İKT
istifadəsi artmış, İKT infrastrukturu güclənmiş və iqtisadiyyatın bütün sahələrində
İKT-dən istifadə səviyyəsi yüksəlmişdir. Müəssisələrin İKT
istifadəsi üzrə statistik
rəqəmlərə nəzər yetirdikdə bir sıra göstəricilər üzrə dünya ölkələrindən geridə qaldı-
ğını müşahidə edirik. Bu geriliyin səbəblərindən biri ölkəmizdə əsasən kiçik sahib-
karlıq müəssisələri tərəfindən İKT istifadəsinin aşağı olmasıdır. Dünyada müəssisə-
lərin İKT istifadəsində mövcud olan maneələrin kiçik
müəssisələr üçün xarakterik
olduğundan bu problemin aradan qaldırılmasının bütün ölkə üçün əhəmiyyətini nəzərə
alaraq, aşağıdakı tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edirik:
- müəssisələrin İKT istifadəsini stimullaşdırmaq məqsədilə vergi güzəştlərinin
tətbiqi.
Qeyd edildiyi kimi, müəssisələrin İKT vasitələri əldə etməsinə mane olan
amillərdən biri qiymətlərin yüksək səviyyədə olması və müəssisələrin maliyyə imkan-
larının azlığıdır. İKT vasitələri qiymətlərinin azaldılması məqsədilə ölkə səviyyəsində
İKT vasitələrinin istehsalına vergi güzəştlərinin tətbiq edilməsi qiymətlərin azalma-
sına səbəb ola bilər.
- müəssisələrin mütərəqqi İKT sistemlərinə investisiya yatırmaq imkanlarını ar-
tırmaq məqsədilə əlverişli borc sistemlərinin təqdim edilməsi.
Bir çox müəssisələr
İKT-nin istifadəsi nəticəsində əldə edəcəkləri faydalar haqqında geniş məlumatlara
malikdir. Lakin onları bu işdən çəkindirən maliyyə əlçatanlığının olmaması və yaxud
da kreditlər üzrə faiz dərəcələrinin yüksək olmasıdır. Bu məqsədlə
qeyd edilən isti-
qamətdə daha aşağı faizli kreditlərin təqdim edilməsi müəssisələrin bu çətinliyinin
həllinə xidmət etmiş olar.
- müəssisələrdə İKT bacarıqlarının artırılması məqsədilə müvafiq treyninq imkan-
larının genişləndirilməsi və bu sahəyə investisiya ayıran müəssisələrə müəyyən maliy-
yə dəstəyinin göstərilməsi. Bir sıra ölkələrdə müəssisələrin İKT vasitələrindən istifa-
Dostları ilə paylaş: