98
və hər il dərc edilən “Qlobal innovasiya indeksi” 80 indikator üzrə ölkələrin innova-
siyalar sahəsində mövqeyini müəyyənləşdirməyə imkan verir [9, s.157]. 2020-ci il
üzrə dərc edilmiş dünya innovasiya indeksi üzrə Azərbaycan 82-ci
yerdə qərarlaş-
mışdır ki, bu göstərici 2019-cu ildə 84, 2018-ci ildə isə 82-ci yer üzrə olmuşdur [9,
s.224; 10, s.221].
Qlobal innovasiya indeksinə əsasən, 2000-2018-ci illər arasında Azərbaycanda inno-
vasiyalara çəkilən xərclərin ÜDM-də payı cəmi 0,2% olmuş və bu illər ərzində ciddi
irəliləyişlər əldə etmək mümkün olmamışdır. Elmi araşdırmalara (R&D) çəkilən
xərclərin ÜDM-ə nisbətinə görə isə 2019-cu il üzrə bu göstəriciyə görə Azərbaycan
dünyada 90-cı yerdə, 2020-ci ildə isə 92-cı yerdə qərarlaşmışdır.
Göründüyü kimi
hətta geriləmə baş vermişdir [11; 9, s.224; 10, s.221]. İnnovasiya texnologiyalarına
çəkilən xərclər üzrə ən yüksək göstərici İsveç (3,8%), Danimarka (3,3%) və Al-
maniyaya (3,1%) məxsusdur. 1-2 faizlik göstəricilər üzrə Litva, Finlandiya, Belçika,
Avstriya, Fransa, Niderland kimi ölkələr müəyyən edilmişdir.
Ümumilikdə isə bu
sahədə ilk 30-luq ölkələr əsasən 1 - 3.8%-lik göstərici üzrə qərarlaşmış ölkələrdir
[12].
Azərbaycanda sənaye istehsalının ümumi buraxılışına nisbətdə istər innovasiyalı məh-
sulun həcmi, istərsə də innovasiyalara çəkilən xərclər isə daha aşağı həddə forma-
laşmışdır (Cədvəl 1). 2019-cu il üzrə dünya innovasiya indeksinə əsasən Azərbaycan
yüksək texnologiyaların idxalının ümumi ticarət dövriyyəsinə nisbətində 2,8% göstərici
ilə dünya ölkələri arasında 124-cü yerdə qərarlaşmış, 2020-ci il üzrə bu göstərici 4%
olmaqla 110-cu yerdə olmuşdur [9, s.224; 10, s.221].
Texnoloji innovasiyaların əsasən sənaye sahələrinə tətbiqini nəzərə alsaq və Azərbay-
canda ÜDM-in formalaşmasında sənayenin çəkisi 50%-i keçdiyindən belə hesab etmək
olar ki, ölkədə bu sahədəki xərcləri
ÜDM-ə nisbətdə götürsək, əhəmiyyətli dərəcədə
geriləmənin şahidi olarıq. 2010 - 2018-ci illərdə ümumi sənaye buraxılışı üzrə sənayedə
innovasiyalara çəkilən xərclərin nisbəti orta hesabla 0,4 – 0,1% aralığında olmuşdur ki,
bu da qabaqcıl dünya ölkələri ilə müqayisədə kifayət qədər aşağı göstəricidir.
Bütün bu
faktlar bir daha göstərir ki, Azərbaycan iqtisadiyyatında, o cümlədən səna-
yesində resursların istismarına meyillilik hələ də aktual olaraq qalır. Resurs iqtisadiyyatı
daha az innovasiya fəaliyyəti tələb etdiyindən uzun illər ərzində bu sahədə ciddi irəliləyişə
nail olmaq mümkün olmamışdır.
Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrinin
inkişaf etdirilməsi, xüsusən də post-
neft dövrünə keçidin sürətləndirilməsi məqsədilə 2016-ci ildə qəbul edilmiş Strateji
yol xəritələri o cümlədən sənayenin transformasiyası və inkişafını nəzərdə tutan təd-
birləri də ehtiva edir. Qeyd olunanların məntiqi nəticəsi olaraq iqtisadiyyatda sürətli
və institusional islahatların aparılması, iqtisadiyyatın diversifikasiyası, müasir tələb-
lərə cavab verən iqtisadiyyatın qurulması, post-neft dövrünə keçid, həmçinin müasir
Dostları ilə paylaş: