Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 92 - 107



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə90/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   86   87   88   89   90   91   92   93   ...   163
UNEC-2021-məqalələe

UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 92 - 107 
Scientific Reviews in UNEC, Year 9, Volume 9, January-March, 2021, pp. 92 - 107 


101 
iqtisadi hədəflərə daha çevik nail olunmasında əvəzsiz rola malikdir. Transmilli şir-
kətlər hazırda dünya iqtisadiyyatında innovasiyaların və yüksək texnologiyaların ölkə-
lər arasında hərəkətində aparıcı mövqeyə malikdirlər. 
Xarici və yerli ədəbiyyatda innovativ istehsalın təşkili və stimullaşdırılması məqsədilə 
tətbiq edilən, XİZ-lərin texnoloji-tətbiqi növünə aid olan texnoparkların adına daha 
çox rast gəlinir. Bu zonalarda əsasən yüksək və dəqiq texnologiyalara əsaslanmaqla 
elm və tədqiqat mərkəzləri, institutlar və laboratoriyalar ilə qarşılıqlı fəaliyyət şərtlən-
dirilir ki, bu da öz növbəsində innovasiya proseslərinin sürətləndirilməsi, texnoloji 
yeniliklərin daha tez və səmərəli tətbiqinə kömək edir. Bu zonalar ən yeni növ zona-
lardır və dünyada daha çox texnoparklar və texnopolislər adı ilə təşəkkül tapmışdır 
[15, s.228-229; 16, s.423]. Lakin dünya ölkələrinin bu sahədə mövcud təcrübələri belə 
deməyə əsas verir ki, son zamanlar yaradılan texnoparkların böyük əksəriyyəti özün-
də, həm də son nəticədə sənaye parklarının başlıca meyarı olan sənaye məhsulunun 
istehsalını da nəzərdə tutur. Yalnız elmi araşdırma və təcrübi-konstruktor fəaliyyətinin 
təşkili ilə məhdudlaşan texnoparklar daha çox texnoloji araşdırma mərkəzləri kimi 
çıxış edirlər. Bu baxımdan, müasir dövrümüzdə yaradılan sənaye parkları texnopark-
ların xüsusiyyətlərini də özündə cəmləşdirir. Bu parklar yüksək texnologiyaların tət-
biqi ilə yeni növ və rəqabətə davamlı məhsulların istehsalı ilə səciyyələnir. Başqa 
sözlə desək, son 20 - 30 il ərazində yaradılan müasir sənaye parkları ənənəvi isteh-
saldan innovativ istehsala keçidi tənzimləyən xüsusi rejimli zonalar kimi təşkil edil-
məkdədir. Bəzən xarici ədəbiyyatda bu zonaları texnoloji-sənaye parkları da adlan-
dırırlar. Qeyd edilənlərə bariz nümunə kimi sənaye parklarını uğurla tətbiq edən Çin 
Xalq Respublikasının təcrübəsini qeyd etmək olar. “Açıq qapı” siyasətinə keçdikdən 
sonra Çin hökuməti qarşısında duran əsas vəzifələr sənayenin transformasiyası, yeni 
iş yerlərinin yaradılması, xarici bazarlara effektiv çıxışın təmin edilməsi, yeni və 
elmtutumlu istehsal sahələrinin yaradılması, regionların inkişafı, xarici investisiyala-
rın cəlb edilməsi, ətraf mühitin qorunması kimi məsələlər olmuşdur. Qeyd olunan hə-
dəflərə nail olunmasında son 50 - 60 il ərzində Çin böyük inkişaf mərhələlərini adla-
mış, xüsusən sənayenin inkişafında XİZ-lərdən istifadədə yüksək effektivlik nümayiş 
etdirmişdir. 
Çində XİZ-lərlə bağlı qarşıya qoyulan hədəflərə nail olunduqca sənaye yeni inkişaf 
mərhələlərinə qədəm qoymuş və bunun nəticəsində ölkə sənayesinin və paralel olaraq 
bu zonaların 4 inkişaf mərhələsi formalaşmışdır. Bu mərhələlər əməktutumlu, kapital-
tutumlu, texnoloji və elmtutumlu olmaqla istehsalın xüsusiyyəti və keyfiyyətində baş 
verən dəyişikliklərə görə müəyyən dövrləri əhatə etmişdir (Cədvəl 2). 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin