Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


X.X.Cahangirov: Azərbaycanda innovativ istehsalın təşkilində sənaye parklarının əhəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə93/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   89   90   91   92   93   94   95   96   ...   163
UNEC-2021-məqalələe

X.X.Cahangirov: Azərbaycanda innovativ istehsalın təşkilində sənaye parklarının əhəmiyyəti 


104 
Texnologiyalar Parkıdır. Çünki bu parkların ərazisində nəzərdə tutulan fəaliyyət növ-
ləri və onların xüsusiyyətləri yüksək texnologiyalara əsaslanmaqla sənaye məhsul-
larının istehsalı və ixracını nəzərdə tutur. 
Eyni zamanda son dövrlərdə Azərbaycanda XİZ növü kimi müəyyən edilən, lakin hələ 
ki, heç bir xüsusi rejim tətbiq edilməmiş Aqroparkların yaradılması tendensiyası 
müşahidə edilməkdədir. Ölkənin 26 regionunda 38 bu tip parkın təşkil edilməsi planlaş-
dırılmışdır. Bu parkların yaradılmasında əsas məqsəd kiçik və orta fermer təsərrüfatlarının 
innovasiya təcrübələrini artırmaq, təsərrüfat subyektləri arasında koordinasiyalı aqrobiz-
nes sistemini yaratmaq, kənd təsərrüfatı məhsulları üzrə milli brendlərin formalaşdırılması 
və ölkənin ixrac potensialını artırmaqdır [18, s.112; 19, s.41]. 
Azərbaycanda sənaye parklarının pioneri olaraq Sumqayıt Kimya Sənaye Parkı 2011-
ci ildən təsis edilmiş və hazırda sənaye parklarına yatırılan ümumi investisiyaların 
əhəmiyyətli hissəsi bu parkın payına düşür. Belə ki, 2019-cu ilədək 3,5 milyard ABŞ 
doları həcmində investisiya layihələrinin 2,7 milyardı bu parka aid olmaqla, 1,9 mil-
yard hissəsinin reallaşdırılması artıq baş tutmuşdur. Tətbiq edilən güzəştlərdən yarar-
lanan rezidentlər fəaliyyət dövrü ərzində ümumilikdə 140 milyon ABŞ dolları həcmin-
də vəsaitə qənaət etmişdirlər. Hesabat tarixinə parkın 15 rezidenti vardır ki, onlardan 
da 6-sı tam fəaliyyətə başlamışdır [20]. Sumqayıt Kimya Sənaye Parkı MMC-nin 
məlumatına əsasən 2020-ci ilin sonuna rezidentlərin sayı artıq 23-ə çatmışdır [21]. 
Sumqayıt Kimya Sənaye Parkının ərazisində rezident statusu alan şirkətlərin əsas 
fəaliyyət istiqamətləri polad və plastik boru, yüksək təzyiqə davamlı xortum və 
fitinqlər, sintetik və yarımsintetik sürtgü yağları, pestisidlər və aqro-kimyəvi məhsul-
lar, polipropilen və yüksək sıxlıqlı polietilen, tikinti qatqılarını, ferroərintilər və şüşə 
məmulatların istehsalından ibarətdir. Göründüyü kimi, parkda istehsal edilən məhsul-
lar əsas etibarı ilə ənənəvi istehsal sahələrinə aiddir və bir sıra məhsullar isə ilkin emal 
və yarımfabrikat məhsullarıdır. Halbuki zona kimya məhsullarının istehsalı üzrə 
müasir infrastruktura malikdir və innovativ istehsalın genişləndirilməsi sayəsində 
məhsullarda yüksək əlavə dəyər formalaşdırmaq mümkündür. Apardığımız təhlillər 
göstərir ki, istehsalın ənənəvi sahələr üzrə təşkilinin başlıca səbəbi zonanın ərazisində 
fəaliyyət göstərən rezidentlərin əsasən yerli kapitallı şirkətlər olmasıdır. Təkcə 
SOCAR Polymer MMC 816 milyon və SOCAR Karbomid Zavodu 895 milyon, 
ümumilikdə isə 1,7 milyard ABŞ dolları həcmində investisiya yatırmaqla sənaye par-
kında reallaşdırılmış 1,9 milyard ABŞ dolları həcmində ümumi investisiyaların 89 
faizini, planlaşdırılan investisiyaların isə 62 faizini əhatə edir. Parkın ərazisində sili-
sium və kalsium istehsalı üzrə 100 faiz xarici kapitallı cəmi bir müəssisə rezident kimi 
qeydiyyatdan keçmişdir [21]. Fikrimizcə, mövcud vəziyyətin dəyişdirilməsi üçün 
xarici investisiyaların təşviqi gücləndirilməklə bu zonalarda daha qabaqcıl və inno-
vativ istehsalın təşkili təmin edilməlidir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin