100
parkları isə qeyd edilən hədəflərə nail olunmasında xüsusi əhəmiyyətə malikdirlər.
Azərbaycan sənayesində innovasiyaların tətbiqi vəziyyəti və müşahidə edilən tenden-
siyalar belə deməyə əsas verir ki, sənayenin müasirləşdirilməsi
və innovativ fəaliy-
yətin stimullaşdırılması baxımından sənaye parklarından istifadə mühüm praktiki
əhəmiyyətə malikdir.
Dünya praktikasından
da məlum olduğu kimi, sənaye-istehsal tipinə aid XİZ-lərin
yaradılmasında başlıca məqsədlərdən biri də ölkəyə xarici investisiyaların cəlb edil-
məsi və bu yolla ölkəyə, həmçinin, yeni texnologiyaların, biliklərin və innovasiyaların
gətirilməsidir. Daxili kapital isə qeyd olunan hədəflərə nail olunmasında kifayət etmir.
Dünya iqtisadiyyatında ölkələr arasında iqtisadi inteqrasiya, elmi bilik, texnologiya və
kapital axınının istiqamətləri və strukturu belə deməyə əsas verir ki,
birbaşa xarici
investisiyaların bu proseslərdə, eləcə də milli iqtisadiyyatlarda oynadığı rol olduqca
böyük əhəmiyyətə malikdir. Xarici şirkətlər milli şirkətlərə nisbətən elmi araşdırma
və innovasiyaların tətbiqinə daha çox meyilli olurlar. Onlar həmçinin yeni məhsul və
xidmətlərin istehsalı, yeni və ya elmi cəhətdən təkmilləşdirilmiş metodların, loqistik
və biznes proseslərinin, təşkilati struktur və menecment təcrübələrinin tətbiqi, eləcə
də yeni ticarət metodlarının tətbiqində daha yüksək göstəriciləri nümayiş etdirir [13,
s.12]. Azərbaycan kimi bazar iqtisadiyyatına yeni qədəm
qoymuş ölkələrdə xarici
bazarlara çıxış, innovasiyaların gətirilməsi və yeni marketinq qaydalarının tətbiqi
məsələləri problem olaraq qalmaqdadır.
Dünya İqtisadi Forumunun ən son 2016-cı il üzrə “Qlobal ticarət imkanları hesa-
batı”na əsasən xarici bazarlara çıxış imkanları üzrə Azərbaycan dünyada 114-cü yer-
də, nəqliyyat xidmətləri üzrə isə 97-ci yerdə qərarlaşmışdır [14, s.62]. Sözsüz ki, Asiya
və Avropanın mühüm nəqliyyat qovşağında yerləşən ölkə üçün bu göstəricilər olduqca
aşağı hesab edilə bilər. Gənc ölkə üçün xarici bazarlara çıxış imkanları
və yüksək
potensiala malik nəqliyyat və daşıma xidmətlərinin aşağı səviyyədə olması obyektiv
səbəblərlə izah edilə bilər, lakin bu sahələrdə inkişaf proseslərinin sürətləndirilməsi
üçün əlverişli imkanların mövcudluğunu da unutmaq olmaz. Müxtəlif dünya ölkələ-
rinin təcrübəsi belə deməyə əsas verir ki, bu proseslərin inkişafı əsas etibarı ilə xarici
şirkətlərin, təcrübəli transmilli korporasiyaların iştirakı və investisiyası olmadan çox
çətin, demək olar ki, mümkünsüzdür. Məlumdur ki, transmilli korporasiyalar hər hansı
məhsulun yaradılması, istehsalı, reallaşdırılması,
maliyyələşdirilməsi, kreditləşdiril-
məsi, yayılması ilə məşğul olan beynəlxalq istehsalları formalaşdıra bilmiş və bununla
da dünya iqtisadiyyatının inkişafına və istehsalın dünyəvilik
səviyyəsinin yüksəl-
məsinə şərait yaratmışdır [15, s.25]. Bu korporasiyalar dünya iqtisadiyyatının qlobal-
laşma dövründə milli təsərrüfatları inteqrasiya edən və onların dünya təsərrüfatı sis-
temində inkişafını təmin edən əhəmiyyətli iqtisadi amilə çevrilmişdir [3, s.140]. Bu
baxımdan, sənaye parklarına transmilli şirkətlərin cəlb edilməsi qarşıya qoyulmuş
Dostları ilə paylaş: