102
Cədvəl 2. ÇXR-da sənaye müəssisələrinin inkişaf mərhələləri
I mərhələ
II mərhələ
III mərhələ
IV mərhələ
1960-70-ci illər
1980-90-cı illər
1990-2000-ci illər
2000-ci ildən etibarən
Əməktutumlu istehsal
Kapitaltutumlu
istehsal
Texnoloji istehsal
Elmtutumlu istehsal
Səciyyəvi xüsusiyyətləri
kiçik zavodlar və
istehsal sahələri
iri həcmli istehsal
sahələrinin yaranması
elektronika və yüngül
sənaye məhsullarının
istehsalı
elmi tədqiqat və
təcrübə işlərinin
aparılması
aşağı ekoloji
təhlükəsizlik
göstəriciləri
ətraf mühitin intensiv
çirklənməsinə səbəb
olan istehsal
ağır sənaye
istehsalının ekoloji
standartlara uyğun
təşkili
ətraf mühitə mənfi
təsiri az olan istehsalın
inkişafı
xammalın ilkin
emalına əsaslanan
istehsal
yarımfabrikat
məhsullarının istehsalı
son məhsul istehsalı
və ixracı
innovativ istehsal
üsullarının tətbiqi ilə
ölkə brendlərinin
formalaşdırılması
istehsal sahələrinin
az çeşidliliyi
yeni istehsal
vərdişlərinə yiyələnmə
universitet və elm
ocaqlarının
əməkdaşlığa cəlb
edilməsi
aşağı enerji sərfiyatına
əsaslanan istehsala
keçid
ucuz və aşağı
kvalifikasiyalı işçi
qüvvələrindən
istifadə
təcrübəli işçi
qüvvələrinin
formalaşması
yüksək ixtisaslı
kadrların
formalaşması
elmi dərəcəsi olan
yüksək kvalifikasiyalı
kadrların cəlb edilməsi
Mənbə: Cədvəl sənayenin inkişafında Çin təcrübəsinin təhlili əsasında müəllif tərəfindən
tərtib edilmişdir.
Çin sənayesinin inkişaf
mərhələlərinə əsaslansaq, Azərbaycan
sənayesinin mövcud
vəziyyətinin təhlili, o cümlədən sənayenin və məhsul buraxılışının strukturu, müəssi-
sələrin fəaliyyət göstəriciləri, əsas fondların aşınması və yenilənməsi vəziyyəti, müəs-
sisələrdə innovasiya fəaliyyəti və innovativ məhsul buraxılışının
müqayisəli təhlili
belə deməyə əsas verir ki, hazırda ölkə sənayesi cədvəldə qeyd edilən II və III mərhə-
lələr arasında mövqe tutmuşdur. IV mərhələyə keçidin təmin edilməsi üçün
isə heç
şübhəsiz ki, III mərhələni əhatə edən texnoloji istehsalın
təşkilində mühüm nailiy-
yətlərin əldə edilməsi vacibdir.
Qeyd olunan mərhələlərin uğurla keçilməsində Çin sənaye parklarının müstəsna rolu
olmuşdur. Məhz Çin sənaye pakları qarşıya qoyulmuş hədəflərə nail olunması üçün
mühüm vasitə hesab edilən xarici investisiyalar üçün qapı rolunu oynamışdır. Nəti-
cədə XİZ-lərin, xüsusən də sənaye təyinatlı zonaların Çin iqtisadiyyatına ümumi təsiri
yüksək göstəricilərlə nəticələnmişdir (Diaqram 1).
Dostları ilə paylaş: