105
Azərbaycan sənayesinin mövcud vəziyyətinin təhlili və gələcək inkişaf perspektivləri
belə deməyə əsas verir ki, məhz sənaye parklarının təşkili sayəsində ölkə sənayenin
inkişafı və modernləşdirilməsi sahəsində qarşıya qoyulmuş hədəflərə daha çevik və
effektiv nail oluna bilər. Belə ki, hazırda Azərbaycan daxili investisiyalar hesabına
nəinki elmtutumlu, hətta bir çox ənənəvi məhsullar üzrə innovativ istehsalın təşkilini
təkbaşına həyata keçirmək imkanına malik deyildir.
Çünki məsələ təkcə yüksək
texnologiyaların ölkəyə gətirilməsi ilə həll edilmir. Bu texnologiyalardan effektiv
istifadəni təmin edən yüksəkixtisaslı kadrlar və
mütəxəssislər, istehsal proseslərinin
müasir idarəetmə vərdişlərinə sahib menecerlər, məhsulların istehsalından başlayaraq
istehlakçıya çatdırılmasına qədər bütün prosesləri əhatə edən loqistik xidmətlər, elm
və təhsil müəssisələrinin sənaye müəssisələri ilə qarşılıqlı iş birliyi, elmi araşdırmalar
və onların nəticələrinin tətbiqi, innovativ fəaliyyətin stimullaşdırılması və dəstək təd-
birlərinin həyata keçirilməsi kimi vacib komponentlər
optimal səviyyədə bərqərar
olmadan ölkədə innovativ istehsalın effektiv təşkili mümkün deyildir və külli miq-
darda vəsait hesabına idxal edilən texnologiyaların səmərəliliyi özünü doğrultmaya-
caqdır. Digər vacib məsələ isə xarici bazarlara çıxışın
təmin edilməsidir ki, bu da
hazırkı vəziyyətdə xarici şirkətlər vasitəsilə daha asan bir şəkildə həyata keçirilə bilər.
Azərbaycanın qeyri-neft sənayesi məhsulları üzrə xarici
bazarlarda müstəqil şəkildə
təmsil olunması üçün isə müəyyən zamana ehtiyac vardır. Bu dövr Azərbaycanın post-
industrial mərhələyə qədəm qoyması ilə başlaya bilər. Sənaye parkları qeyd olunan
faktorların daha səmərəli və qısa müddətdə cəlb edilməsi məqsədilə dünyanın bir çox
ölkələrində uğurla tətbiq edilməkdədir. Bu zonalara cəlb edilən xarici investisiyalar
eyni zamanda yuxarıda qeyd edilən vacib komponentlərin idxalını da təmin etmiş olur,
nəticədə milli iqtisadiyyat, o cümlədən yerli sənaye subyektlərinin müasir istehsal və
marketinq vərdişlərinə yiyələnməsi daha sürətlə baş verir.
Nəticə
Azərbaycanın sənaye parklarında innovativ istehsalın təşkili, həmçinin ölkədə elmin
inkişafına da müsbət təsir göstərəcəkdir. Elmi araşdırmalar üçün real sifarişlər təmin
edildiyi təqdirdə bu sahədə ciddi irəliləyişlər əldə ediləcəkdir. Bunun üçün müasir
infrastruktura malik və stimullaşdırıcı tədbirlər sayəsində istehsalın təşkili üçün daha
cəlbedici olan sənaye parkları institutundan daha effektiv istifadə təmin edilməli, rezi-
dentlərin seçimi zamanı innovativ və elmtutumlu istehsalın təşkilinə üstünlük
veril-
məlidir. Həmçinin nəzərə alınmalıdır ki, ənənəvi istehsal sahələri üzrə fəaliyyət göstə-
rən rezidentlərin xüsusi güzəşt rejimi tətbiq edilən sənaye parklarındakı fəaliyyətləri
innovativ istehsalın inkişafına ciddi təsir göstərməməklə yanaşı, ölkənin digər ərazilə-
rində eyni və ya oxşar fəaliyyətlə məşğul olan müəssisələrə münasibətdə rəqabət mü-
hitinin pozulmasına da şərait yaratmış olar.
Dostları ilə paylaş: