Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 92 - 107



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə92/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   88   89   90   91   92   93   94   95   ...   163
UNEC-2021-məqalələe

UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 92 - 107 
Scientific Reviews in UNEC, Year 9, Volume 9, January-March, 2021, pp. 92 - 107 


103 
Diaqram 1. 2015-ci il üzrə XİZ-lərin ÇXR-in iqtisadiyyatında payı
 
Mənbə: Diaqram Çin Kommersiya Nazirliyinin 2015-ci il üzrə hesabatına əsasən müəllif tərəfindən 
tərtib edilmişdir. 
Diaqramdan göründüyü kimi ölkəyə daxil olan birbaşa xarici investisiyaların 45%-i 
XİZ-lər vasitəsilə reallaşdırılmış, strateji məhsulların 30% isə bu zonalarda istehsal 
edilimişdir [17]. Fikrimizcə, bu zonaların Azərbaycanda da effektiv tətbiqi sayəsində 
sənayenin modernləşdirilməsi və post-neft dövrünə keçidin sürətləndirilməsində mü-
hüm nailiyyətlər əldə etmək olar. 
Azərbaycan Respublikasında mövcud dövrədək yaradılan XİZ-lərin mütləq əksəriyyə-
ti məhz sənaye parklarıdır. Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində yara-
dılmış Yüksək Texnologiyalar Parkı isə Akademiyanın institutlarında aparılan təcrü-
bi-sınaq işlərinin tətbiq edilməsi və nəticələrin tətbiqini nəzərdə tutur ki, bu da öz 
növbəsində tipik texnoparklarla bağlı dünya təcrübəsinə daha uyğundur. Bu texnopark 
ABŞ-da, dünyaca məşhur Silikon vadisi adlanan ərazidə yaradılan texnoparkların xü-
susiyyətlərinə oxşar olaraq yaradılmışdır. Texnoparkın yaradılması məqsədləri real-
laşdırılacağı təqdirdə burada aparılacaq elmi araşdırma və təcrübələrin nəticələri ölkə-
də innovativ inkişafa töhfə verməklə yanaşı, digər sənaye parklarında rəqabət qabiliy-
yətli məhsullar üzrə milli brendlərin formalaşmasına yeni imkanlar aça bilər. Ümumi-
likdə Azərbaycan Respublikasının ərazisində mövcud dövrədək 13 XİZ, o cümlədən 
ixrac-istehsal və ya sənaye-istehsal tipli 8 zona, texnoloji-tətbiqi sahəyə aid 3 zona və 
ticarət tipinə aid 1 XİZ-nın yaradılması haqqında qərar qəbul edilmişdir. Lakin bir 
faktı qeyd etmək lazımdır ki, texnoloji-tətbiqi sahəyə aid olan 3 zonadan 2-si hibrid 
xarakter daşımaqla özündə texnopark və sənaye parkının xüsusiyyətini daşıyır. Bunlar 
Pirallahı rayonunda yaradılan Yüksək texnologiyalar Parkı və Mingəçevir Yüksək 
45%
30%
10%
20%
20%
12%
0
5
10
15
20
25
30
35
40
45
50
Xarici investisiyalar
Strateji məhsul
Büdcə daxilolmaları
İdxal-ixrac
Əlavə dəyər
Ümumdaxili məhsul 
Çin XİZ-lərinin ölkə iqtisadiyyatında payı (2015)
Ümumi göstəricidəki çəki

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin