99
dövrün çağırışlarına adekvat olaraq iqtisadiyyatın bütün sahələrini əhatə edən strateji
yol xəritələrinin qəbulu mühüm əhəmiyyətə malikdir.
Strateji yol xəritələrində
sənayenin inkişaf etdirilməsi, müasir sənaye istehsalının
təşkili, xaricdən yüksək texnologiyaların gətirilməsi və tətbiqi
ilə müxtəlif istehsal
sahələrində innovativ məhsulların istehsalı kimi prioritet məsələlərin həllində sənaye
parkı institutundan istifadə xüsusi olaraq vurğulanmışdır. Azərbaycan Respublikası-
nın Milli İqtisadiyyat Perspektivi üzrə Strateji Yol Xəritəsinin “2025-ci ildən sonrakı
dövr üçün hədəf baxış” bölməsində qeyri-neft sektoruna
əlavə investisiya qoyuluş-
larının 2025-ci ilədək və ondan sonrakı dövrdə daha rəqabətli iqtisadiyyatın hərəkət-
verici qüvvəsi olması, bu səbəbdən də sənaye və xidmət sektorlarına
birbaşa xarici
investisiyaların cəlb edilməsinin vacibliyi qeyd edilmişdir [2, s.49]. Həmçinin texno-
logiya, bacarıqlar və qlobal dəyər zəncirlərinə çıxış təklif edən
iri xarici şirkətlərin
Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırması məqsədilə investorların cəlb
edilməsi üçün 3 aspekt müəyyən edilmişdir. Bunlardan biri kimi son dərəcə cəlbedici
investisiya mühitinin yaradılması üçün müasir infrastruktura
malik sənaye parkla-
rından istifadə məsələsi önə çəkilmişdir. Dünya praktikasında bu parklar istehsalın
vahid infrastrukturdan istifadə edilməklə kompakt ərazilərdə təşkil edilməsi və müx-
təlif növ stimullaşdırıcı tədbirlərin tətbiqi sayəsində sənayenin inkişaf etdirilməsi və
ixracın təşviqi məqsədilə yaradılır. Son illərdə dünyanın müxtəlif regionlarında inno-
vativ sənaye istehsalının təşkilində sənaye parklarının
tətbiqi məsələləri daha da
aktuallaşmışdır. Məlumdur ki, innovasiya fəaliyyəti təkcə yeni texnologiyaların isteh-
salatda tətbiqi ilə məhdudlaşmır. Yeni texnologiyaların
tətbiqi innovasiya fəaliyyə-
tində vacib həllərdən yalnız birini təşkil edir. Əslində isə innovasiya fəaliyyəti özündə
kifayət qədər kompleks həlləri ehtiva edən bir prosesdir. Buraya yeni elmi biliklərin
əldə edilməsi, elmi tədqiqat və təcrübi-konstruktor işlərinin aparılması, yüksəkixtisaslı
kadr potensialının formalaşdırılması, elm və təhsil müəssisələri ilə əməkdaşlıq, inno-
vativ fəaliyyətin dəstəklənməsi
tədbirləri daxildir ki,
bütün bunlar müasir sənaye
parklarının fəaliyyətində nəzərdə tutulmuş vacib aspektlərdir.
Dostları ilə paylaş: