Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə84/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   80   81   82   83   84   85   86   87   ...   163
UNEC-2021-məqalələe

Ключевые слова: 
особые экономические зоны, индустриальные парки, иннова-
ционное производство, высокие технологии, инвестиции

Giriş 
Mövzunun aktuallığı. İqtisadiyyatda, əsasən də sənayedə innovasiya fəaliyyəti elm və 
istehsal arasında qarşılıqlı əlaqəni təmin etməklə maksimal faydanın əldə edilməsində 
əhəmiyyətli rola malikdir. İnnovasiya fəaliyyətinin nəticəsi yeni və ya təkmilləşdiril-
miş məhsul (iş, xidmət), texnoloji proses, həmçinin ictimai münasibətlərin müxtəlif 
sahələrində təşkilati-texniki, maliyyə-iqtisadi və digər həllər hesab edilir. İstehsalatda 
elmi-texniki tərəqqinin nailiyyətləri məhz innovasiyalar formasında yayılır [1, s.10]. 
İnnovasiyaların tətbiqi sayəsində məhsullarda yüksək əlavə dəyərin formalaşması baş 
verir ki, bu da daha az maddi resurslardan istifadə etməklə daha çox maddi fayda əldə 
edilməsinə şərait yaradır. 
Dünya bazarlarının qlobal trendlərinin təhlili belə deməyə əsas verir ki, yüksək əlavə 
dəyərə malik məhsul istehsalının əhəmiyyətli hissəsi əsasən inkişaf etmiş ölkələrin 
payına düşür. İnkişafda olan ölkələr innovasiya proseslərinin təşkilində müəyyən çə-
tinliklərlə üzləşir ki, bu çətinliklərin həlli çox vaxt daxili imkanlar hesabına mümkün 
olmur. Məlumdur ki, texnologiya ixracatçısı olan ölkələr hər hansı texnoloji yenilik 
UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 92 - 107 
Scientific Reviews in UNEC, Year 9, Volume 9, January-March, 2021, pp. 92 - 107 


95 
üzrə maksimal faydanı əldə etməyincə onları digər ölkələrə ixrac etmir və ya ümu-
miyyətlə kommersiya sirri olaraq saxlayırlar. Qeyd edilən çətinliklərin dəf edilmə-
sində əsasən ötən əsrin 2-ci yarısından etibarən müxtəlif dünya ölkələrində tətbiq 
edilən sənaye parkları öz effektivliyini sübut etmişdir. Sənaye parkları xarici investi-
siyaların daha effektiv cəlb edilməsi sayəsində, xüsusən inkişafda olan ölkələrdə 
müasir sənaye istehsalının təşkilində mühüm nailiyyətlərin əldə edilməsinə şərait 
yaratmışdır. Bu baxımdan, Azərbaycanda innovativ sənaye istehsalının təşkilində sə-
naye parklarından effektiv istifadə məsələləri mühüm aktuallıq kəsb edir. 
Azərbaycanda müasir istehsal sahələrinin yaradılması və dünya bazarlarına yüksək 
əlavə dəyərə malik və rəqabət qabiliyyətli məhsulların ixracı ölkə iqtisadiyyatının 
dayanıqlı inkişafı baxımından vacib əhəmiyyətə malikdir. Bu məqsədlərə nail olun-
ması üçün ölkədə müasir istehsal sahələrinin yaradılması və innovasiya fəaliyyətinin 
təşkili təmin edilməlidir. Azərbaycanın da daxil olduğu inkişaf etməkdə olan ölkələr 
innovasiya fəaliyyətinin təşkilində bir sıra problemlərlə qarşılaşır ki, bunların sıra-
sında ölkədə elmi-tədqiqat işlərinin zəif təşkil olunması, zəruri elmi kadr potensialının 
aşağı həddə olması, müasir menecment qaydalarının tətbiq edilməməsi, müasir stan-
dartlara cavab verən infrastrukturun olmaması, əsas istehsal fondlarının köhnəlməsi, 
xarici bazarlara çıxış imkanlarının zəif olması, xarici investisiyalar üçün cəlbediciliyin 
aşağı olması, innovasiya fəaliyyətinin zəif dəstəklənməsi və s. göstərmək olar. Qeyd 
edilən çətinliklərin aradan qaldırılması məqsədilə dünya ölkələrinin praktikasında 
geniş tətbiq edilən xüsusi iqtisadi zonaların (XİZ) bir növü olan sənaye parkları 
özünün effektivliyini sübut etmişdir. Sənaye parkları xarici investisiyalar üçün bir növ 
qapı rolunu oynamaqla ölkəyə yeni texnologiyaların, elmi biliklərin, müasir və inno-
vativ idarəetmə üsullarının gətirilməsi, eləcə də xarici bazarlara daha effektiv çıxış 
imkanlarının əldə edilməsini təmin etmiş olur. Sənaye parklarından effektiv istifadə 
sayəsində Azərbaycan sənayesinin modernləşdirilməsi, innovasiya fəaliyyətinin 
stimullaşdırılması və elmtutumlu məhsul istehsalının artırılması məsələləri tədqiqatın 
əsas məqsədini əhatə edir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin