97
innovasiyalı istehsalın təşkili sahəsində Azərbaycanda mövcud olan vəziyyət bu sahə-
də adekvat və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edir. Belə ki, 2005
- 2019-cu illərin statistikasına baxdıqda məlum olur ki, sənayedə fəaliyyət növləri və
maliyyə mənbələri üzrə innovasiyalara çəkilən xərclər olduqca aşağı səviyyədədir.
Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2005 - 2015-ci illər aralı-
ğında bu sahədə, ümumiyyətlə, xarici investisiyalar mövcud olmamışdır. 2015 - 2019-
cu illərdə isə sənaye sahələrində texnoloji innovasiyalara ümumilikdə 161,5
milyon
manat xərc çəkilmişdir ki, bunun da cəmi 11,9 milyon manatını xarici investisiyalar
təşkil etmişdir [8]. Cədvəldə 5 illik dövr ərzində innovasiyalı
məhsulun həcmi və
sənayedə innovasiyalara çəkilmiş xərclərin ümumi sənaye istehsalının
həcminə nis-
bəti, eyni zamanda xərclərin mənbələri əks etdirilmişdir (Cədvəl 1).
Cədvəl 1. 2015 - 2019-cu illər üzrə sənayedə innovasiyalı məhsul və innovasiyaya çəkilən xərcin
ümumi sənaye buraxılışına nisbəti
2015
2016
2017
2018
2019
Cəmi sənaye istehsalının həcmi (milyon
manat)
26369.4
32300.2
39892.5
47677.0 46999.2
O cümlədən innovasiyalı məhsulun həcmi,
cəmi: (min manatla)
1519.4
36287.8
1506.5
29807.5 55411.5
Əhəmiyyətli dəyişikliklərə məruz qalmış
və ya yeni tətbiq olunmuş məhsul
929.7
35746.9
14676.7
28952.2 21698.1
Təkmilləşdirilmiş məhsul
589.7
540.9
383.8
855.3
3905.9
Cəmi sənaye məhsulunda innovasiyalı
məhsulun nisbəti (faizlə)
0.006%
0.1%
0.004%
0.06%
0.12%
İnnovasiyalara çəkilən xərclər
(min manat)
35179.1
27929.0
16135.7
34353.6 48037.1
O cümlədən:
xarici investisiya
-
11808.2
36.0
72.0 -
Daxili investisiya
35179.1
16120.8
16099.7
34281.6 48037.1
Cəmi sənaye buraxılışnda texnoloji
innovasiyalara çəkilən xərclərin nisbəti
0.13%
0.09%
0.045%
0.07%
0.1%
Mənbə: Cədvəl Dövlət Statistika Komitəsinin məlumatları əsasında müəllif
tərəfindən tərtib edilmişdir.
2015 - 2019-cu illər üzrə sənaye istehsalının strukturuna baxdıqda innovasiyalı məhsul
istehsalı həcminin olduqca aşağı səviyyədə olduğu məlum olur. Cəmi sənaye buraxı-
lışında texnoloji innovasiyalara çəkilən xərclər isə dünya
ölkələri ilə müqayisədə
əhəmiyyətli dərəcədə azdır. İnnovasiyalı sənaye istehsalı üzrə dünyanın həm qabaqcıl,
həm də qənaətbəxş hesab edilə biləcək göstəricilərinə
malik ölkələrində bu nisbət
ÜDM-ə nəzərən orta hesabla 2 – 3,5 faiz aralığında dəyişdiyi halda, Azərbaycanda bu
göstəricilər dəfələrlə aşağı həddədir. ABŞ-ın Kornell Universiteti, Fransanın Dünya
biznes məktəbi və Dünya İntellektual Əmlak Təşkilatının (WIPO) birgə layihəsi olan
Dostları ilə paylaş: