83
Avropa ölkələrinin əksəriyyətində genişzolaqlı internetə çıxışı olan müəssisələrin bü-
tün müəssisələrdə payı 90 - 100% arasındadır. Belə ki, bu rəqəm Danimarka və Lit-
vada 100%, Fransada 99%, Belçikada 98%, Çexiyada 98%, İspaniyada 98%, Latviya-
da 99% və Almaniyada 95%-dir [9].
2019-cu ildə fəaliyyət göstərən müəssisələr içərisində internet saytı olan müəssisələrin
xüsusi çəkisi Finlandiyada 95%, Danimarkada 93%, Niderlandda 91%, Avstriyada
89% və Türkiyədə 66% olmuşdur.
Müəssisələrin CRM proqram təminatından istifadəsi üzrə statistik rəqəmlərə nəzər
yetirdikdə belə aydın olur ki, fəaliyyət göstərən müəssisələr içərisində Niderlandda
59%, Belçikada 46%, Almaniyada 44, Avstriyada 41% və Türkiyədə 18% müəssisə
həmin proqramdan yararlanmışdır. Eyni zamanda ERP (Enterprise resource planning)
proqram təminatına malik müəssisələrin bütün müəssisələr içərisində payı ölkələr üzrə
fərqlidir. Belə ki, bu rəqəm Finlandiyada 96.5%, Danimarkada 93,9%, Niderlandda
91,9%, Almaniyada 88,2% və Türkiyədə 66,7% olmuşdur [10].
Azərbaycanda müəssisələrin İKT-dən istifadə səviyyəsi
Qeyd etmək lazımdır ki, ölkəmizdə İKT-nin inkişafı dövlətimizin əsas iqtisadi priori-
tetlərindən hesab olunur. Belə ki, keçən illər ərzində bu istiqamətdə çoxlu sayda stra-
tegiyalar, dövlət proqramları, siyasətlər reallaşdırılmışdır. Həmin tədbirlərin icrası nə-
ticəsində müəyyən nailiyyətlər əldə edilmişdir və bir çox istiqamətlərdə gözəçarpan
inkişaf baş vermişdir. Belə ki, son illərdə ölkəmizdə ev təsərrüfatlarının kompüter
texnologiyalarından, internetdən və mobil telefonlardan istifadə səviyyəsi dünyanın
inkişaf etmiş ölkələri səviyyəsinə çatmışdır. Lakin sadalanan uğurlara baxmayaraq,
müəyyən istiqamətlərdə çatışmazlıqlar vardır.
Dostları ilə paylaş: