Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   65   66   67   68   69   70   71   72   ...   163
UNEC-2021-məqalələe

İKT-nin növlərinə görə təsiri 
Müəssisənin fəaliyyətinə İKT-nin təsiri texnologiyanın növünə və istifadə dərəcəsinə 
görə dəyişir. Belə ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv olan ölkə-
lərdə aparılmış tədqiqatlardan aydın olur ki, istehsal prosesinin müxtəlif mərhələ-
lərində yüksək səviyyəli kommunikasiya texnologiyalarından istifadə etməklə müəs-
sisələrin məhsuldarlığı daha çox artır. Lokal şəbəkələrin və müəssisədaxili kompüter 
şəbəkələrinin mövcudluğu daxili və xarici kommunikasiya əlaqələrində səmərəliyin 
artmasına və yüksək məhsuldarlığın yaranmasına səbəb olur. Bu müsbət təsirlər de-
mək olar ki, İƏİT ölkələrinin hamısında müşahidə edilmişdir [5]. 
Luçetti və Sterlaçini müəssisədə istifadə olunan İKT vasitələrini üç müxtəlif xüsu-
siyyətə ayırmışlar: ümumi istifadə məqsədilə İKT, kommunikasiya məqsədilə İKT və 
bazar yönümlü İKT. Ümumi istifadə məqsədilə İKT dedikdə müəssisələrdə istehsal, 
əlaqələrin yaradılması və layihələndirmə kimi sahələrdə internet və kompüterlərdən 
istifadə nəzərdə tutulur. Kommunikasiya ilə əlaqədar İKT dedikdə isə e-mail, intranet 
UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 76 - 91 
Scientific Reviews in UNEC, Year 9, Volume 9, January-March, 2021, pp. 76 - 91 


81 
və extranet nəzərdə tutulur. Bu texnologiyalardan əsasən kommunikasiya sistemi, 
daxili şöbələr arasında qarşılıqlı əlaqələrin yaradılması və işçi qruplar arasında əmək-
daşlıqların inkişafı məqsədilə istifadə edilir. Bu səbəbdən də kommunikasiya məqsə-
dilə İKT müəssisədə qərar qəbul edən qrupların səmərəliliyinin, keyfiyyətinin və za-
man baxımından sürətliliyinin artmasına səbəb olur. Bazar yönümlü İKT isə internet 
saytlar və e-kommersiya fəaliyyətidir. Bu texnologiyalardan satış məqsədilə istifadə 
edilir. Luçetti və Sterlaçiniyə əsasən internet saytlar müəssisənin məhsul və xidmətləri 
haqqında detallı məlumatların yayılmasına və müəssisənin tanıdılmasına yardım edir [5]. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin