66
gistika xidmətlərinin göstərilməsi və s.)
, kənd təsərrüfatı, mal, iş və xidmətlərin məsa-
fədən alqı-satqısı, memarlıq və tikinti, dövlət və bələdiyyənin vətəndaşlara göstərdiyi
xidmət və digər sahələrdə də tətbiq edilir [4,5].
Rusiya Federasiyasının təcrübəsində bu rejimdən bəhs edilərkən “ümumi hüquqi re-
jim” və “xüsusi hüquqi rejim” anlayışları fərqləndirilir.
Sandbox müəyyən zaman
müddətində müəyyən ərazidə bu rejimin iştirakçısı olan şəxs tərəfindən tətbiq edilən
ümumi hüquqi rejimlə tam və ya qismən tənzimlənməyən və ya ümumi hüquqi rejim-
dən fərqlənən davranışdır. Beləliklə, ümumi hüquqi rejim normative-hüquqi aktlarda
müəyyənləşdirilmiş normaları nəzərdə tutursa, xüsusi
hüquqi rejim məhz bu rejim
üçün olan və ümumi rejimdə tam və ya qismən tənzimlənməyən və ya ümumi hüquqi
rejimə uyğun olmayan normaları nəzərdə tutur.
Eksperimental hüquqi rejimin necə müəyyənləşdirilməsi yanaşması isə hər ölkədə
fərqlidir. Belə ki, bəzi ölkələr yalnız ümumi rejimdə
tam və ya qismən tənzimlən-
məyən münasibətlərin eksperimental hüquqi rejim çərçivəsində tətbiqini məqbul he-
sab edir. Bəzi ölkələr isə ümumi hüquqi rejimdə tənzimlənsə də, eksperimental hüquqi
rejimdə ümumi rejimdən istisnaların edilməsi və ya mövcud tələblərin yumşaldıl-
masının mümkünlüyünü nəzərdə tutur. Bu halda isə istisna və yumşaldılmaların hansı
növ hüquqi aktların tələblərindən edilməsi ilə bağlı fərqli yanaşmanı görmək müm-
kündür. Belə ki, Birləşmiş Krallıq, Şri-Lanka, İndoneziya kimi dövlətlərin qanunve-
riciliyində yalnız tənzimləyici-nəzarətedici qurumun aktlarından istisnalar mövcud
olsa da,
bəzilərində qanun, fərman və digər hüquqi aktların tələblərindən kənarlaş-
malar mümkündür. Məsələn, Sinqapur “Monetar nəzarət qurumu haqqında” [6],
“Bank fəaliyyəti haqqında” [7], “Sığorta haqqında” [8], “Qiymətli kağızlar və fyuçers-
lər haqqında” [9] aktlarında Sinqapur Monetar Nəzarət Qurumunun (SMNQ) qanun-
dan istisnalar, yaxud fərqli qaydalar müəyyən edə bilmə hüququ müəyyən edilmişdir.
Qanundan istisnalar və fərqli qaydaların müəyyən edilə bilmə imkanının
nəzərdə
tutulması ilə bağlı oxşar təcrübəyə, eyni zamanda Avstraliya və Tayvanda da rast gəl-
mək mümkündür. Bu, əsasən, sandbox rejiminin hansı sahələrə tətbiqindən asılı olaraq
dəyişə bilir. Beləliklə, xüsusi hüquqi rejimin qanunvericiliklə tənzimlənməsi zamanı
açıq şəkildə müəyyənləşdirilməli məsələlərdən biri məhz xüsusi hüquqi rejimin hər
hansı münasibətin yalnız tam və ya qismən tənzimlənmədiyi halda və ya tənzimlənsə
də bu tənzimlənmədən istisnaların və yumşaldılmaların
edilməsi yolu ilə tətbiq
olunmasının müəyyənləşdirilməsidir.
Eksperimental hüquqi rejim tətbiq edilərkən əvvəlcədən onun müddəti müəyyənləş-
dirilməlidir. Beynəlxalq təcrübədə bu müddət adətən 6 aydan 5
ilə qədər dəyişə bilir.
Həmçinin bu müddətin uzadılması hallarına da rast gəlinir [10]. Məsələn, Avstraliyada
bu müddət 12 ayadək müəyyən edilir və əlavə olaraq daha 12 ayadək uzadıla bilər.
Macarıstanda ilk test müddəti 12 ayadək nəzərdə tutulmuşdur və daha 6 ayadək
Dostları ilə paylaş: