nəticəsində komponent maye fazadan bərk fazaya keçir, kristallaşma və
əzaçılıq sənayesində tətbiq olunur.
2.
Qurutma prosesi
. Nəm halda bərk maddələri qurutmaq üçün sənayedə
tətbiq olunur. Bu zaman nəm maye fazadan buxar fazaya keçir. Göründüyü kimi
maddələr mübadiləsi ilə gedən proseslər qarıçıq halda olan məhlulları ayırmaq
üçün tətbiq olunurlar və onların normal gedişini təmin etmək mümkündür. Ona
görə də maddələr mübadiləsi iki fazanın iştirakı ilə aparılır. Bir fazadan digər
fazaya keçən komponentə paylanan komponent və fazadan fazaya yaxaud cüzi
miqdarada keçən komponentə daşıyıcı deyilir. Maddələr mübadiləsi prosesləri əks
axınlı aparatda aparıldığından anlar difuziyya prosesləri adlanır. Maddələr
mübadiləsi prosesləri o vaxtadək gedirlər ki, sistemdə trazlıq halı yaransın. Bu
proseslərdə tarazlığın yaranmasını aşağıdakı kimi izah etmək olur.
Fərz edək ki, M maddəsi əvvəlcə qaz G fazasında idi L maye fazası ilə
görüşdükdə proses başlanır və M komponenti G fazasından L fazasına keçir G
L. Başlanğıcda M komponentinin G qaz fazasında qatılığı yüksək olduğundan
keçid yalnız G → L -ə doğru istiqamətdə olacaq və müddət keçdikdən sonra M
komponentinin L fazadakı qatılığı artacaq, əks istiqamətdə keçid ( G L)
başlanacaqdır. Bu zaman M komponentinin fazalardakı qatılıqlarınadan asılı olaraq
G L-ə doğru istiqamətdə keçid getdikcə zəifləyəcək, yenidən L fazadan G –
yə doğru istiqamətdə keçid getdikcə sürətlənəcək. Nəhayət elə an yaranacaqdır
həmin anda hər iki istiqamətdə keçidin sürəti bərabərləşəcək, nəticədə vahid
zamanda (
𝜏 = 1 𝑠𝑎𝑛
) bir fazadan digər fazaya keçən M komponentinin miqdarı
sabit qalacaqdır və və bu hala prosesin tarazlıq halı deyilir. Buna uyğun gələn
parametrlərə tarazlıq kəmiyyətləri deyilir.
P
*
- tarazlıq təzyiqi; MPa ;
t
*
-tarazlıq temperaturu;
0
S ;
y
*
və
𝑥
*
paylanan komponentin qaz (buxar) və maye fazadakı tarazlıq
qatılıqlarıdır.
Maddələr mübadiləsi proseslərinin getmə sürəti fazaların görüşmə səthindən
və prosesdə yaranan hərəkətverici qüvvədən asılıdır. Bu hərəkətverici qüvvə və
görüşmə səthi nə qədər yüksək olarsa, proses bir o qədər sürətlə gedər.
Maddələr mübadiləsi proseslərinin hərəkətverici qüvvəsi paylanan
komponentlərin fazalardakı qatılıqlar fərqindən ibarətdir. Komponentin fazadan
fazaya keçmə istiqaməti aşağıdakı kimi izah edilir. Paylanan komponent həmişə
qatılığı tarazlıq qatılığından yüksək olan fazadan, qatılığı tarazlıq qatılığından
aşağı olan fazaya keçmiş olur.
Dostları ilə paylaş: