Bu üsulun müsbət cəhətlərindən aparatın çox sadə olmasını
və enerji sərfinin az
olmasını göstərmək olar. Çökdürmə prosesinin fiziki mahiyyəti isə aşağıdakılardan
ibarətdir: suspenziya və ya emulsiya, çökdürmə kamerasından
keçirilir bu zaman
bərk və ya maye hissəcikləri öz ağırlıq qüvvələri təsiri altında çökərək kameranın
dibinə yığılırlar:
Çökdürmə zamanı iki əsas tələb gözlənilməlidir:
1) bircinsli olmayan qarışığın aparatda qalma müddəti hissəciyin çökməsi
üçün tələb olunan müddətdən böyük olmalıdır:
2) bircinsli olmayan axının aparatda xətti sürəti
hissəciyin çökmə sürətindən
çox-çox kiçik olmalıdır.
Birinci tələbi gözləmədikdə hissəciyin çökməyə vaxtı çatmadığından çökə
bilmir; ikinci tələbi gözləmədikdə isə aparatda yaranan burulğan çökmüş
hissəcikləri yenidən qaldıraraq mayeyə qarışdırır.
Çökdürücülərin quruluşu və işləmə prinsipi
Çökdürmə prosesini aparmaq üçün işlədilən aparatlara çökdürücülər deyilir. Bu
aparat dövrü, yarımfəsiləsiz və fasiləsiz işləyən çökdürücülərə bölünürlər.
Sənayedə ən çox fasiləsiz işləyən çökdürücülərdən istifadə edilir.
Şəkildə
fasiləsiz işləyən çökdürücünün sxemi (şəkil 5.2) verilmişdir. Çökdürücü çox
hündür olmayan silindirik çəndən (1) və konusvari dibdən (2) ibarətdir. Aparatın
yuxarı hissəsinin daxili səthinə dairəvi nov (3) qaynaq olunur. Aparatın içərisində
mexaniki qarışdırıcı (4) qoyulur və onun pərləri üzərində sıyırıcı kürəklər (5)
bərkidilir. Qarışdırıcı 0,02-0,5 dövr/dəqiqə kiçik sürətlə fırlandıqca pərlər
üzərindəki kürəklər aparatın dibinə çökərək yığılan çöküntü sıyrılır
və mərkəzi
çıxış yoluna (6) yönəldilir. Ayrılacaq suspenziya aparata fasiləsiz olaraq giriş
borusu (7) ilə silindrik gövdənin orta hissəsinə verilir. Alınan
şəffaf maye
sıxışdırılaraq nova tökülür və çıxış ştuseri (8) ilə aparatdan xaric olur. Qatı
suspenziya halında alınan çöküntü (tərkibində bərk maddənin qatılığı 35-55%
kütlə) aparatın aşağısından diafraqmalı nasosun köməyi ilə xaric edilir.
Sənaye şəraitində bu çökdürücülər daha səmərəli sayılırlar. Ona görə ki, onlar
çox böyük məhsuldarlığa malik olmaqla (3000 t/gün çöküntü qədər) onların işi tam
avtomatlaşdırılır. Bu aparatların çatışmayan cəhətlərinə gəldikdə onların çox böyük
olmalarını və çox ərazi tutmalarını dametri 1,8 m-dən 3 m-ə qədər göstərmək olar.
Bu çatışmayan cəhəti aradan qaldırmaq məqsədilə fasiləsiz çökdürücüləri
çoxmərtəbəli hazırlayırlar ki, bu da bir neçə ədəd kiçik diametri çökdürücünün biri
birinin üstündə quraşdırılmasından ibarətdir.
Emulsiya qarışıqlarını ayırmaq üçün ən çox fasiləsiz işləyən çökdürücülərdən
istifadə edilir. Çökdürücü şaquli silindrik tutumundan ibarət olub giriş və çıxış
boruları ilə təchiz edilir. Emulsiya geniş borusu ilə aparatın
orta hündürlüyünə
verilir. Burda iki ədəd deşikli(1 və 2) arakəsmə yerləşdirilir. Maye qarışığı laylara
ayırdıqdan sonra yüngül maye aparatın yuxarısından, ağır maye isə aşağıdan çıxış
borusu ilə xaric edilirlər. Çökdürülmüş yüngül və ağır mayelərin çıxım
hündürlükləri aşağıdakı nisbətdə olmalıdır.
𝒉
𝟏
𝒉
𝟐
=
𝝆
𝟐
𝝆
𝟏
Dostları ilə paylaş: