nəm üsulla təmizlənməsi o vaxt faydalı olur ki, qazın soyudulması və nəmlənməsi
iqtisadi və texnoloji çətinliklər törənməsin, həmcinin qazdan ayrılan hissəciklər
qiymətli məhsul olmasın. Səthi məsaməli olan bərk hissəciklər maye ilə
görüşdükdə yaxşı islanır və ağırlaşırlar. Beləliklə ən kiçik hissəciklərin qazdan
ayrılması asanlaşır.
Həmin üsulla qazların təmizlənməsi üşün sədə aparat doldurma tip
skrubberlərdir. Aparatın aşağı hissəsindən tozlu qaz verilir, və yuxarıdan su ilə
suvarılır. Işlənmiş su skruberin aşağısından suspenziya halda xaric olur (şəkil7.7)
təmizlənmiş qaz isə skrubberin yuxarısından xaric olur. Doldurma tip
skrubberlərdə qazın təmizlənmə dərəcəsi 75-85
%
çatır. Tozu qazları daha dəqiq
təmizləmək üçün Venturi skrubberlərdən istifadə edilir (şəkil 7.8)
Tozlu qaz Ventiri borusundan (1) keçməklə tsiklon separatoruna (3) verilir
Venturi borusunda axının en kəsik sahəsi kəskin olaraq keçilir və bu sahədə sürəti
60-150 m/san çatır. Daraldılmış bu en kəsikdə qaz axını yuyucu maye ilə
qarışdırılır. Bu kəsikdə qazdakı bərk hissəciklərlə maye damlaları arasında
toqquşmalar baş verir və bu qarşılıqlı zərbələr nəticəsində hissəciklər maye
damcılarında udularaq iriləşirlər. Bu damcılar qazla birlikdə giriş ştuserinə (2)
verilir bə burada onun sürəti getdikcə azalaraq 20-25 m/san çatır, tsiklon
separatoruna daxil olduqda isə 4-5 m/san olur. Tsiklonda yaranan mərkəzdəzqaçma
qüvvəsinin təsiri altında içərisində iriləşmiş hissəciklər olan maye damcıları
qazdan asanlıqla ayrılırlar və seperatorun aşağı hissəsindən suspenziya halda xaric
olur, köçdürücü aparata (4) yığılır, orada çökərək sudan ayrılır və təmiz su nasos
(5) vasitəsilə yenidən prosesə qaytarılır.
Venturi srkubberlərində təmizləmə dərəcəsi 99%-ə catır .
Tozlu qazları təmizləmək üçün bəzən baraban taclı toztutanlardan-köpüklü
aparatdan istifadə olunur (şəkil 7.9). Bu aparatlar silindrik gövdədən (1) və
içərisindəki deşikli boşqabdan (2) ibarətdir. Aparata su və ya başqa yuyucu maye
ştuserdən (3) boşqabın üstünə, tozlu qaz isə ştuserlə (4) boşqabın altına verilir. Qaz
boşqabın deşiklərindən keçərək maye içərisinə daxil olur və burada intensiv
qarışma-barbataj hadisəsi və bunun nəticəsində maye köpüklənir. Qazın tərkibində
Dostları ilə paylaş: