əməyindən çox istifadə olunmasını göstərmək olar. Bu filtrlərin təkmilləşdirilmiş
növü avtomatlaşdırılmış filtr-presdir. Bu filtrlərdə plitələrin sıxılması, filtrləmə,
çöküntünün yuyulması,
onun üfürülməsi, çöküntünün boşaldılması və s.
mərhələlərin aparılması avtomatlaşdırılmışdır.
Kisəli filtrlər müəyyən sayda filtr elementindən ibarətdir və onlar bir ümumi
gövdənin içərisində yerləşdirilir. Hər bir element metallik karkasdan ibarət olub,
filtrləyici parçadan tikilmiş kisənin içərisinə geydirilir. Filtr elementlərinin daxilinə
keçən filtrat ayrıca çıxış ştuserlə çıxış yoluna yönəldilir
və beləliklə filtrdən xaric
olur. Kisələrin səthinə yığılan çöküntü isə dövrü olaraq təmizlənir.
Kimya sənayesində əsasən fasiləsiz işləyən filtrlərdən istifadə edilir. Bu
filtrlər suspenziyanın filtrlənməsi və alınan çöküntünün yuyulması, qurudulması,
boşadılması və filtrləyici arakəsmənin regenerasiyası mərhələləri eyni vaxtda
fasiləsiz olaraq həyta keçirilir. Fasiləsiz işləyən filtrlərə misal olaraq barabanlı və
lentvari vakkum filtrləri göstərmək olar. Barabanlı vakkum-filtr fasiləsiz işləyən
aparat olub vakkum altında işləyir və filtrlərdə filtratın ağırlıq
qüvvəsilə hərəkət
istiqaməti bir-birinin əksinə yönəldilir. Alınan təzyiqlər fərqi hesabına filtrat
sovrularaq arakəsmənin məsamələrindən keçir, bərk hissəciklər
isə həmin səthdə
tutulur və beləliklə çöküntü layı əmələ gəlir. Çöküntü layı yuyulduqdan sonra
bıçaqla(4) baraban səthindən çıxarılır. Bərk hissəciklərin çökməsi üçün çanaq
mexaniki (5) ilə təchiz olunur. Xüsusən arakəsmələr vasitəsilə barabanın daxilində
bir sıra şöbələr yaradılmışdır və onlar müxtəlif kanallarla əlaqələndirilmişdir. Bu
kanallar vasitəsilə şöbələrdən filtrat və yuyucu su xaric edilir. Həmçinin onların
köməyilə çöküntünü bıçaqdan (4) qabaq üfürmək üçün buxar verilir.
Belliklə
baraban bir dövr etdikdə o, ardıcıl olaraq filtrləmə
𝛼
, ilkin qurutma
𝛽
,
yuma
𝛾
,
ikinci qurutma
∆
, sıxılmış hava ilə üfürmə
𝜀
və buxarla regenerasiya
𝜇
zonalarından keçir, hər bir zonada filtrləmə prosesinin müvafiq mərhələləri həyata
keçirilir nəticədə filtrdən fasiləsiz olaraq filtrat və çöküntü alınır.
Dostları ilə paylaş: