Bu aparatların əsas hissəsi ilanvari borulardır və onlar 15
÷
75 mm ölçülü
borulardan hazırlanır. Bundan ötəri borular ilanvari halda (sipral şəklində) əyrilir.
Soyuduculardan kondensatorların distillə aparatlarının kubunda, buxarlandırma
aparatlarında və s. aparatlarda yerləşdirilir. Spiral halında hazırlanan
borular bu
aparatlarda elə yerləşdirilir ki, min borular aparatdakı mayenin içərisinə daxil olur
və buna görə də çox vaxt bu tip istidəyişdiricilərə “mayeyə batırılmış” ilanvari
aparatlar deyilir. Içərisində ilanvari borular yerləşən aparatı
en kəsik sahəsi
nisbətən böyük olduöundan bu sahədən keçən axının ( borulararası sahədən keçən
Ⅱ
axının) hərəkət sürəti kiçik olur və ona görə də bu sahədə istilikvermə əmsalı
aşağı olur. Nəticədə istilikötürmə əmsalı kiçilir. Lakin qeyd etmək lazımdır ki,
düz borulara nisbətən spiral borularda istilikötürmə əmsalı yüksək olur. Ona görə
ki, eyni sürətlə hərəkət edən maye axınının turbilentliyi düz borrulardakına
nisbətən ilanvari borularda daha yüksək olur.
Ⅱ
axının sürətini artırmaq üçün çox
vaxt ilanvari borular yerləşən sahədə xüsusi istəkan yerləşdirilir. Bu istəkan
Ⅱ
axın keçən sahənin en kəsiyini kskin azaldır və beləliklə axının
surəti
çoxalır.Ilanvari borulu istidəyişdirici aparatlar aşağıdakı üstünlüklərə malikdirlər:
sadə quruluşa malikdirlər, onları asanlıqla düzəltmək, təmir etmək və təmizləmək
mümkündür; yüksək tzyiqlərdə işləyəbilir, onları kimyvi yeyici mühitə qarşı
dözümlü olan materiallardan düzəltmək olur. Bu üstün cəhətlərlə yanaşı
çatışmayan cəəhətləri də var: bu aparatların istidəyişdirici
səthləri çox böyük
olmur. Onların sthi 10
÷
15 m
2
böyük olur.
Dostları ilə paylaş: