yanacaq kimi və s. rol oynayırlar. Belə proseslərin getmə sürəti müəyyən dərəcədə
prosesdə iştirak edən bərk maddənin görüşmə səthindən asılı olur. Belə ki, bərk
maddənin aktiv səthi artdıqca prosesin getmə sürəti də yüksəlir. Bununla da həmin
maddələr xırdalama yolu ilə əldə olunur. Xırdalama prosesi xırdalayıcı maşınlarda
və üyüdücu dəyirmanlarda aparılır. Bu maşinları xarakterizə edən kəmiyyətlərdən
biri maşın və dəyirmanın xırdalanma dərəcəsidir. Xırdalanma (ί) dərəcəsi dedikdə
xırdalanma üçün maşına verilən bərk maddə tikələrinin orta ölçüsünün ,
xırdalanmadan alınan hissəciklərin orta ölçüsünə olan nisbəti ilə xarakterizə olunur
ί =
𝑫
𝒐𝒓
𝒅
𝒐𝒓
burada D
or
və d
or
- uyğun olaraq bərk maddə hissəciklərinin xırdalanmadan əvvəl
və xırdalanmadan sonrakı orta ölçüləridir; mm
Bərk maddə hissəciklərinin orta ölçüsü labaratoriya şəraitində xüsusi ələk
analizi vasitəsilə təyin edilir.
Qeyd etmək lazımdır ki, bərk maddələrin xırdalanması ən cox enerji sərf
edən proseslərdəndir. Ona görə də bu prosesi apararkən enerji sərfinə qənaet etmək
günün ən vacib məsələsi kimi qarşıda dayanır, odur ki, belə hallarda aşağıdakı
texniki şüarı rəhbər tutmaq lazımdır.
“Heç bir əlavə şeyi xırdalamamaq” ! Bu o deməkdir ki; bərk maddəni
xırdalayarkən prosesi bir neçə mərhələ də aparmaq lazımdır. Əvvəlcə böyük
maddə tikələri kobud xırdalanır, sonra orta dərəcəli tikələrə xırdalanır daha sonra
isə dəqiq xırdalanma dərəcəsinə malik olan maşınlarda xırdalanır. Hər mərhələdən
sonra xırdalanmış hissəciklər ölçülərinə görə fraksiyalara ayrılır, iri hissəciklər
növbəti xırdalanma prosesinə, xırda hissəciklər isə sənaye proseslərinə göndərilir.
Xırdalanmış bərk maddə hissəciklərini ölçülərinə görə fraksiyalarına
ayırmaq mexaniki ələklərin , xəlbirlərin və pnevmatik üsulla işləyən seperatorların
köməyi ilə yerinə yetirilir.
Bərk maddələrin bir yerdən başqa yerə nəql edilməsi mexaniki
transpartyorlar, elevatorlar və pnevmatik nəqletmə vasitələrindən istifadə olunur.
Proseslərin hər bir əsas sinfinə daxil olan fərdi proseslər eyni
qanunauyğunluğa tabe olur və proseslərin təsnifatına uyğun olaraq aparatlara da ad
verilir.
Kimyəvi texnoloji proseslər aparılma üsullarına görə iki qrupa bölünürlər:
Dostları ilə paylaş: