II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
194
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
gəlməsi fikri də var. Olsun ki, bu fikir Mete ilə Oğuzu eyni kimsə bilmə ehtimalından doğmuşdur. Amma bu da var ki,
həmin ehtimalı az qala hökm səviyyəsinə qaldıran çox nüfuzlu araşdırmaçılar olmuşlar. Misal üçün, tanınmış etnoqraf N.Y.
Biçurin tədqiqatının yekunu kimi belə bir qərara gəlmişdir ki, Mete ilə Oğuz xan ayrı-ayrı kimsə yox , elə bir adamdır.
Dünyanın formalaşdırdığı bəşərli cəmiyyətdə fərqli-fərqli etnoslar olduğu tək, bu fərqli etnosların elə fərqli-fərqli də
təkamül tərzi, mədəniyyət aspektləri olmuşdur. Hər bir etnos mikro və makro kosmosun özüdaşınan və daşınmayan
varlıqlarına mədəniyyətdaxili münasibətdə olmuşdur. Etnosun mədəniyyətdaxili etnik şüurunda bu münasibət çox-çox
hallarda fərdin ümumini qabaqlaması ilə səciyyələnmişdir. Törəyiş miflərində də bu deyilənlərin qorunmasının şahidi
oluruq. Məsələn, dünyanın yaranması elə dünyanın yaranmasıdır. Amma bu haqda olan miflər cürbəcürdür. Bu da
etnosdaxili etnik şüurda məsələnin ayrı-ayrı şəkildə qavranılması, başqa sözlə, təsəvvür, dünyagörüşün təfavütlü olması ilə
bağlıdır. Deməli, hər hansı bir nəsnə və olayın etnik şüura təsiri, qavranılması seçimli olur və bu seçim, sözsüz olaraq,
rənglərdən də uzaq deyil. Bu o deməkdir ki, hətta hamı tərəfindən eyni adla söynlənilən bir rəng ayrı-ayrı etnosun etnik
mədəniyyətində fərqli assosiasiya yarada bilir. Ümumiyyətlə, rənglər etnik mədəniyyətin estetik fikri kimi simvollaşır.
Dostları ilə paylaş: |