II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
8
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Gly-Lys DIPEPTID MOLEKULUNUN FƏZA QURULUŞUNUN TƏDQİQİ
Alim NƏZƏRLİ, Lalə HACIYEVA
Qafqaz Universiteti, Bakı Dövlət Universiteti
alimnezerli@gmail.com
AZƏRBAYCAN
Nəzəri konformasiya analizi üsulu ilə Gly-Lysdipeptid molekulunun fəza quruluşu tədqiq olunmuşdur. Hesablama
nəticəsində Gly-Lysdipeptidinin məhdud sayda ən optimal konformasiya vəziyyətləri aşkar olunmuş və bu konformasiyaları
stabilləşdirən quvvələrin təbiəti və enerji payları müəyyən olunmuşdur. Gly-Lysdipeptid üçün bütün optimal fəza
quruluşların ikiüzlü fırlanma bucaqlarının qiymətləri və atomların üçölçülü koordinatları alınmışdır.
Müəyyən edilmişdir ki, yüklü radikalları olan lizin amin turşusu qalığından təşkil olunmuş bəzi dipeptidlər müxtəlif
neytrofin reseptorlarına qarşı aqonist və antaqonist aktivliyinə malikdirlər. Gly-Lys dipeptidi belə dipeptidlərdən biridir.
Bioloji testlər vasitəsi ilə göstərilmişdir ki, Gly-Lys dipeptidi müəyyən polyar mühütlərdə farmakoloji təsirlərə malikdir [1].
Bu baxımdan Gly-Lysdipeptidin təsir mexanizmini öyrənilməsi məqsədi ilə onun konformasiya imkanlarının tətqiqi elmi
maraq kəsb edir.
Təqdim olunan işdə Gly-Lysdipeptid molekulunun fəza quruluşu nəzəri konformasiya analizi üsulu ilə polyar mühit
üçün (dielektrik sabiti
=10) tədqiq olunmuşdur. Konformasiya analizi zamanı molekulun Van der Vaals, elektrostatik,
torsion qarşılıqlı təsirlərin enerji payları və hidrogen rabitəsi enerjisi nəzərə alınmışdır [2]. Konformasiya məsələlərin həlli
zamanı N.M.Qocayev və İ.S.Maksumov tərəfindən tərtib edilmiş universal proqram və alqoritmdən istifadə edilmişdir[3,4].
Enerjinin minimumlaşması birinci tərtib törəmələrə görə qradient üsulu ilə aparılır. İkiüzlü bucaqların hesablanması
İUPAC-İUB nomenklaturasına əsasən aparılmışdır [5]. İlkin hesablama variantlarının seçilməsində Lys qalığı üçün 2
mümkün olan əsas zəncirin konformasiya vəziyyətləri B,R və Gly üçün isə 4 B,R,L,P formalı variantlardan istifadə
olunmuşdur. Məlumdur ki, iki qalıqdan ibarət olan peptid molekulu 2 optimal fəza quruluşu tipi yarada bilər : e və f. Gly-
Lys molekulunun hesablama modeli 32 atomdan ibarətdir və bu modeldə 11 fırlanma bucağı nəzərə alınmışdır.Dipeptidin
konformasiya analizində 72 ilkin konformasiya variantları tərtib edilmişdir. Bu variantlarda Lys qalıqının yan zəncirlər
müxtəlif oriantasiyaları(60
o
,180,-60) nəzərə alınmışdır. Hesablama nəticəsində dipeptid molekulunun məhdud sayda optimal
konformasiya vəziyyətlərinin enerji və həndəsi parametrləri müəyyən edilmişdir. Cədvəl 1-də Gly-Lys
dipeptidin optimal
konformasiyalarıni stabilləşdirən qeyri valent təsirlərin enerji payları (kkal/mol) göstərilməşdir. Bu cədvəldən görünür ki,
Bütün optimal konformasiya vəziyyətlərdə dispersiya enerji payılarının payları daha əhəmiyyətlidir. Cədvəl 2.də isə e və f
şeypinə uyğun olaraq ən optimal konformasiyalarının qalıqlardaxili və qalıqlararası qarşılıqlı təsir enerjiləri verrilmişdir.
Dostları ilə paylaş: