590
Фирузя Мяммядли
müəyyən qisminə hətta lüğətlərdə də təsadüf
olunur. Məsələn «Azərbaycan dilinin izahlı lü-
ğətində» və «Azərbaycan dilinin orfoqrafiya lüğə-
ti»ində qeydə alınmış
yançı
sözü bu qəbildəndir.
Dildəki yeni sözlərin bir qismini alınma
neologizmlər təşkil edir. Bunların dilin daxili
qanunları əsasında formalaşan fərdi neologizmlərə
heç bir aidiyyəti yoxdur.
Müstəqillik dövrü Azərbaycan ədəbi dilində
özünü göstərən başqa dillərdən söz alma prosesi
xüsusən elmi-publisistik yazılarda müşahidə
olunur. Müəlliflər sanki bir-biri ilə yarışırlarmış
kimi, bir məqalə daxilində onlarla əcnəbi termin və
apelyativ sözlərdən istifadə edirlər. Təbii ki, belə
sözlərin qarşılığı dilimizdə mövcud olduğu halda,
alınma olsa belə, yüz illər boyu işlənib dilimizin
fonetik normalarına uyğunlaşdığı halda, bu
uyğunlaşmaya, vətəndaşlıq hüququ qazanmaya
etinasız yanaşıb, alternativ dil vahidlərinə
meyillənmək, mövcud dilin anlaşma imkanlarını
zəiflətməkdən başqa bir şey deyildir.
Hazırda
müasir
Azərbaycan
dilində
neologizm kimi qiymətləndirilən söz və ifadələrin
mənbəyini aşağıdakı kimi müəyyənləşdirmək olar:
Dostları ilə paylaş: