Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
358
43. Əvvəlki nəsilləri məhv etdikdən sonra insanlara (İsrail oğullarına) bir nur, doğru
yolu göstərən rəhbər və rəhmət olaraq Musaya Kitab verdik ki, bəlkə, (onun vasitəsilə)
öyüd-nəsihət qəbul etsinlər.
44. (Ya Rəsulum!) Biz Musaya vəhy etdiyimiz (peyğəmbərlik bəxş edib Fir’on əhlinin
yanına getməsini buyurduğumuz) zaman sən (Tur dağının) qərb tərəfində (Musanı
gözləyənlər arasında) deyildin. Sən (buna) şahid olanlardan da deyildin! (Sənin
yəhudilərə və ərəb müşriklərinə bu xəbərləri doğru söyləməyin yalnız Allahdan nazil
olan vəhylərdir!)
45. Lakin Biz (Musadan sonra) neçə-neçə nəsillər yaratdıq. Onlar uzun ömür sürdülər.
(Vəhy kəsildi; bir çox xəbərlər unudulub getdi, şəriət təhrif olundu). Sən ayələrimizi
onlara oxuyarkən Mədyən əhli arasında deyildin. (Sən Mədyəndə deyildin ki, onların
əhvalını bilib Məkkə əhlinə xəbər verəsən. Buna görə də onlar sənin bu xəbərləri
Mədyən camaatından öyrəndiyini deyə bilməzlər). Lakin Biz (bu əhvalatları onlara
olduğu kimi xəbər vermək üçün səni) peyğəmbər göndərdik. [Və ya: Ancaq (bu
xəbərləri sənə) göndərən Bizik].
46. Və Biz (Musaya) xitab etdiyimiz (Tövratı verdiyimiz) zaman da sən Tur dağının
yanında deyildin. Lakin səndən əvvəl özlərinə peyğəmbər gəlməmiş bir tayfanı
(Allahın əzabı ilə) qorxudasan deyə, Rəbbindən bir mərhəmət olaraq (sənə bunları
öyrədib onlara peyğəmbər göndərdik). Bəlkə, öyüd-nəsihət qəbul etsinlər!
47. Öz əlləri ilə etdikləri əməlləri (qazandıqları günahları) üzündən onlara bir müsibət
üz verincə: "Ey Rəbbimiz! Barı, bizə bir peyğəmbər göndərəydin ki, biz də Sənin
ayələrinə uyub mö’minlərdən olaydıq!" - deməsəydilər, səni onlara peyğəmbər
göndərməzdik. (Onların bəhanəsini kəsmək üçün belə etdik).
48. Dərgahımızdan onlara (müşriklərə) haqq (Qur’an və Peyğəmbər) gəldikdə onlar:
"Musaya verilən (mö’cüzələr) nə üçün eynilə ona da verilmədi?" - dedilər. Məgər onlar
daha öncə Musaya verilənləri danıb: "İki sehr (Tövrat və Qur’an) bir-birilə köməkləşdi
və biz (iki sehrbazın - Musanın və Muhəmmədin) hər birini inkar etdik!" -
deməmişdilərmi?
49. (Ya Rəsulum!) De: "Əgər doğru deyirsinizsə, Allahın dərgahından bu ikisindən
(Qur’andan və Tövratdan) daha doğru yol göstərən bir kitab gətirin, mən də ona tabe
olum!"
50. Əgər sənə (sənin bu təklifinə) cavab verməsələr, bil ki, onlar öz nəfslərinə uymuşlar.
Allahdan bir dəlil (hidayət) olmayınca öz nəfsinə uyandan (Rəbbinə şərik qoşandan,
|