Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
69
olardı. Lakin Allah onları öz küfrləri ucundan lə’nətə düçar etmişdi. Onların yalnız az
bir hissəsi iman gətirmişdir.
47. Ey kitab verilmiş kimsələr! Bə’zi üzləri tanınmaz hala salıb ənsələrinə (arxalarına)
çevirməmişdən və şənbə gününün hörmətinini saxlamayanlara (əshabus-səbtə)
etdiyimiz kimi, onlara da lə’nət etməmişdən əvvəl əlinizdə olanı (Tövratı) təsdiqləyən
olaraq nazil etdiyimizə (Qur’ana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir!
48. Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin
bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah
etmiş olur.
49. (Ya Rəsulum!) Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr (elə deyil). Allah
istədiyini təmizə çıxardar və onlara xurma çərdəyindəki nazik tel qədər zülm olunmaz!
50. Sən onların Allaha qarşı necə yalan uydurduqlarına bax! Bu, açıq-aşkar bir günah
olaraq kifayətdir!
51. (Ya Rəsulum!) Kitabdan (Tövratdan və ya yazıb-oxumaqdan) bir pay (az bir şey)
verilənləri (yəhudiləri) görmürsənmi? Onlar Cibt və Tağuta (bu adda iki bütə, yaxud
Cibt adlı bütə və Tağut deyilən Şeytana) inanır və kafirlər üçün də: "Bunlar
mö’minlərdən daha doğru yoldadırlar", - deyirlər.
52. Onlar Allahın lə’nət etdiyi kimsələrdir. Allahın lə’nət etdiyi kimsəyə isə heç bir
kömək edən tapa bilməzsən!
53. Yoxsa onların (dünyada) hökmranlıqdan bir payı vardır? Əgər elə olsaydı, onlar
insanlara xurma çərdəyinin bir tumurcuğunu (zərrəsini) belə verməzdilər.
54. Yoxsa onlar Allahın öz ne’mətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd
aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermişdik və onlara böyük
mülk (hökmranlıq) bəxş etmişdik.
55. Onlardan (yəhudilərdən) kimisi ona (İbrahimə, yaxud Muhəmmədə və ya ilahi
kitaba) iman gətirdi, kimisi də ondan üz döndərdi. (Üz döndərənlərə) Cəhənnəmin
alovlanmış odu kifayət edər!
56. Ayələrimizi inkar edənləri oda (Cəhənnəmə) atacağıq. Onların dəriləri bişdikcə,
əzabı (həmişə) dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik. Əlbəttə, Allah
yenilməz qüvvət, hikmət sahibidir!
|