Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
72
77. (Ya Rəsulum!) O şəxsləri görmürsənmi ki, onlara (vaxtilə): "(Müharibədən) əl çəkin,
namaz qılın, zəkat verin!" - deyilmişdi. Onlara cihad etmək vacib olduqda isə,
içərilərindən bir qismi Allahdan qorxan kimi və ya daha artıq bir qorxu ilə insanlardan
qorxuya düşərək: "Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin, nə olardı ki,
bizi yaxın zamana qədər (öz əcəlimiz çatana qədər) yubandıraydın! (Daha bir müddət
cihadı bizə vacib buyurmayaydın!)" - dedilər. Onlara söylə: "Dünyanın ləzzəti və
faydası azdır, lakin müttəqilər üçün axirət daha xeyirlidir. Sizə (müttəqilərə) xurma
çərdəyində olan nazik tel qədər belə zülm olunmayacaq!"
78. Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm
sizi haqlayacaq. (Ya Rəlulum!) Onlara (yəhudilərə və münafiqlərə) bir xeyir yetişdikdə:
"Bu Allahdandır!" - deyərlər, bir pislik üz verdikdə isə: "Bu səndəndir!" - söyləyərlər.
(Onlara) de: "Hamısı Allahdandır". Bu camaata nə olub ki, az qala söz də anlamır!
79. (Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə
özündəndir. (Ya Rəsulum!) Biz səni insanlara peyğəmbər göndərdik. Allahın buna
şahid olması (sənə) kifayət edər.
80. Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə
(qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik.
81. (Ya Rəsulum!) Onlar: (Sənə) itaət edirik!" - deyir, lakin sənin yanından çıxıb
getdikləri zaman onların bir qismi dediyinin əksinə fikirləşir. Allah onların niyyətində
olanları (əməl dəftərlərinə) yazır. Sən onlardan üz çevir, Allaha təvəkkül et! Allahın
(sənə) vəkil olması kifayət edər!
82. Onlar Qur’an barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi?
Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf,
uyğunsuzluq) tapardılar.
83. Onlara (münafiqlərə bə’zi müsəlmanların sadəlövhlüyü üzündən döyuş
meydanından) əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar. Halbuki
əgər (müsəlmanlar) bunu (münafiqlərə deyil), Peyğəmbərə və ya özlərindən
(mö’minlərdən) olan ixtiyar (əmr) sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri
onun mahiyyətinə varan (belə bir xəbərin yayılmasının məqsədəuyğun olub-olmadığını
tə’yin etməyə qadir olan) kimsələr bilərdilər. Əgər Allahın lütfü (mərhəməti) üzərinizdə
olmasaydı, şübhəsiz ki, az bir qisminiz müstəsna olmaqla, Şeytana uyardınız.
84. (Ya Rəsulum!) Allah yolunda vuruş (cihad et). Sən yalnız özünə cavabdehsən, lakin
mö’minləri də (cihada) təşviq et! Ola bilsin ki, Allah kafirlərin gücünü qırmış (sizi
|