Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə64/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   60   61   62   63   64   65   66   67   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

70 



57. İman gətirən və yaxşı işlər görən şəxsləri (ağacları) altından çaylar axan cənnətlərə 

daxil edəcəyik ki, orada əbədi qalsınlar. Orada onları pak zövcələr gözləyir. Biz onları 

daim rahatlıq verən sıx (ləzzətli) kölgəlikdə yerləşdirəcəyik.  

58. Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm 

etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla (belə bir 

tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, 

görəndir!  

59. Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə 

itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə 

inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə 

e’tibarilə daha yaxşıdır.  

60. (Ya Rəsulum!) Sənə nazil edilənə (Qur’ana) və səndən əvvəl nazil edilənlərə 

(Tövrata, İncilə) iman gətirdiklərini iddia edənləri (münafiqləri) görmürsənmi? Onlar 

Tağutun (Şeytanın) hüzurunda mühakimə olunmaq (Şeytanın məhkəməsinə müraciət 

etmək) istəyirlər. Halbuki onlara (Şeytana) inanmamaları əmr olunmuşdur. Şeytan isə 

onları (doğru yoldan) çox uzaq olan zəlalətə sürükləmək istər  

61. Onlara: "Allahın nazil etdiyinə (Qur’ana) və Peyğəmbərə tərəf gəlin!" - deyildiyi 

zaman, münafiqlərin səndən büsbütün üz döndərdiklərini görərsən.  

62. Bəs etdikləri əməllərin cəzası olaraq başlarına bir müsibət gəldiyi zaman (onların 

halı) necə olacaq? Sonra onlar sənin yanına gəlib: "Biz yalnız yaxşılıq etmək və 

(iddiaçılar arasında) barışıq yaratmaq istədik", - deyərək Allaha and içəcəklər.  

63. Onlar elə şəxslərdir ki, Allah onların ürələrindəkini (yaxşı) bilir. (Ya Rəsulum!) Sən 

onlardan üz çevir, onlara öyüd ver və onlara özləri haqqında tə’sirli söz de!  

64. Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. 

Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan 

bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın 

tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.  

65. Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən 

ixtilaflarda səni hakim (münsif) tə’yin etməyincə və verdiyi hökmlərə görə özlərində bir 

sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş 

olmazlar.  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin