______________Milli Kitabxana_____________
198
Minillik ərzində ictimai-iqtisadi amillərin təsiri altında Elam
panteonu dəyişilirdi. E.ə. III minillikdə allah İnşuşinak panteonda
altıncı yer tuturdu. İnşuşinak adı Suz şəhərinin şumer adından
əmələ gəlmişdir. Şumercə Nin-şuşin-ak əslində "Suzun (Şuşinin)
sahibəsi" mənasını daşıyırdı. İlk əvvəllər İnşuşinak qadın ilahəsi
kimi tanınmışdı. Min il sonra onun adı Humpan və Kirjrişa ilə
yanaşı, bəzən də ikinci yerdə çəkilirdi. İnşuşinaka "zəiflərin atası",
"allahların yerdə və göydə havadan", "Sirli allah" kimi rütbələr
verilirdi. İctimai-iqtisadi münasibətləri əks etdirən sənədlərdə
İnşuşinak andiçmə allahı mövqeyini tuturdu. Onun adı ilə and
içirdilər, axirət dünyasında isə o, məhkəmə qururdu. İnşuşinak
Elam axirət dünyasının hakiminə çevrilmişdi. And mərasimində
onunla yanaşı ilahə İşmekarabın adı da çəkilirdi. İşmekaraba
(akkadca "O, duanı eşitdi") ibadət ola bilsin ki, Akkad təsiri
altında yaranmışdı. Bu ilahənin Elam müqabili Laqamal (yaxud
Laqamar) olmuşdu. İşmekarab və Laqamal axirət dünyasının
ilahələri hesab edilirdilər. İşıq dünyasının allahı Nahhunti (elamca
"Günəş") idi. O, sənədlərdə şahidlərin havadarı kimi qələmə
verilirdi. Nahhunti qanun-qaydanı qoruyur, hüquq və məhkəmə
allahı vəzifəsini görürdü. Elamlılar ay allahı Napirə də sitayiş
edirdilər. O, "yetimlərin atası" adını qazanmışdı. Narundi qələbə
ilahəsi idi, lakin qonşu assurilər onu "yeddi şər ruhun" bacısı
adlandırmışdılar. Elamlar bir çox yerli allahlar ilə yanaşı
İkiçayarası allahlarına (Adad, Nerqal, Enki və s.) da sitayiş
edirdilər. Elam cəmiyyətində çoxallahlılıq (politeizm) mövcud
olmuşdur.
Şifahi xalq ədəbiyyatı və əfsanələr Elam cəmiyyətində
müəyyən yer tuturdu. Bunu qədim dövrün möhürləri və qabları
üzərində əks olunmuş təsvirlərdən görmək mümkündür. Təsvirlər
müxtəlif mövzuları əhatə edirdi. Möhür üzərində yırtıcı quş başı,
dırnaqlı və qanadlı Aslan təsvir olunmuşdu. Antik ədəbiyyatda
belə qarışıq əlamətlərə malik olan vəhşi heyvan qrif adlanırdı.
Qrif surəti Elam əfsanəsinin məhsuludur. Qrif mövzusu möhür
təsvirlərinə Elam şifahi xalq yaradıcılığından keçə bilərdi.
Möhürlərdən biri üzərində ikicərgəli əfsanəvi təsvirlər həkk
olunmuşdu. Şəkildə aypara və ulduz, insan başlı öküz, qrif,
|