______________Milli Kitabxana_____________
201
Zaratuştra) olmuşdu. Zərdüştün yaşadığı dövr və dini təlimə
başladığı yer mübahisəlidir. Zərdüştün e.ə. VII əsrdə yaşaması
ehtimalına üstünlük verilir. Belə hesab edirlər ki, Zərdüşt dini
Orta Asiyada, yaxud Şərqi İranda meydana gəlmiş və İranın digər
yerlərinə yayılmışdı. Lakin bu müddəa daha çox ümumi
mülahizələrdən ibarətdir. İran ərazisində qədim dövrlərdən
Anuramazdaya sitayiş əks olunmuşdu. Fərz edirlər ki, Astiaqın
dövründə zərdüştlük Midiyada rəsmi dinə çevrilmişdi. Zərdüşt
tarixi şəxsiyyət hesab edilir.
İran panteonuna işıq, həqiqət və müqavilə allahı Mitra, su
ilahəsi Anahit daxil idilər. Bu allahlara irandilli tayfalar sitayiş
edirdilər. Avestada və Haxamanişlər dövründə Ahuramazda
(Hörmüzd) qabaqcıl mövqeyə malik idi və baş allah hesab
edilirdi. Avestada kainatın və həyatın yaradılması Ahuramazdanın
əməli kimi qiymətləndirilir. Haxamaniş kitabələrində isə deyilir:
"Böyük allah Ahuramazda bu torpağı yaratdı, bu səmanı yaratdı,
insanı yaratdı". Ahuramazda müqəddəs ruhu (Spanta-manyu),
Anqro-manyu (Anqro-maynyu) isə şər ruhu təmsil edirdilər.
Bunlar əkiz qardaş hesab olunurdular. Anqro-manyu (sonrakı
Əhriman, Əhliman) div (dev) adlanan şər allahlarına başçılıq
edirdi. Həqiqətin və xeyrin təcəssümü olan Ahuramazda ilə şər
qüvvələri təmsil edən Anqro-manyu arasında əbədi mübarizə
gedirdi. Onlar hər ikisi zaman allahı Zrvananın övladları idilər.
İnsanlar Anqro-manyu və onun köməkçiləri olan divlərə qarşı
mübarizə aparmalı idilər. Zərdüşt təliminə görə, şər ilə xeyir,
yalan ilə həqiqət arasında ölüm-dirim mübarizəsi gedirdi.
Zərdüştlük dininin ehkamları Avestanın müxtəlif bölmələrində
əks olunmuşdur.
Avestanın ən qədim hissəsini qatlar təşkil edir. Qatlar
Avestanın Yasna bölməsində təmsil olunmuşlar. Qatlar Zərdüştün
təlimindən ibarətdir. Ehtimala görə, qatlar ilk əvvəl şifahi şəkildə
ifa olunurdular. Onların yazıya alınmasını Haxamanişlərdən
sonrakı dövrə aid edirlər. Zərdüştün təlimində təkallahlıq
tərənnüm edilir. O, Ahuramazdanı yeganə ali allah kimi təbliğ
edirdi. Zərdüştün təsvirinə görə, xeyir və şər dünyanın əvvəlindən
mövcud olmuş və onların arasında mübarizə gedir. İnsanlar
|