______________Milli Kitabxana_____________
226
Assuriya hökmdarı I Adadnirari (e.ə. 1307-1275) Azərbaycan
ərazisinə bir neçə yürüş etmiş, lakin ölkənin içərisinə girə
bilməmişdi. Yerli tayfalar arasında birlik yox idi. Kutilər bir
müddət Adadnirarinin hakimiyyətini tanımağa məcbur oldular. Az
sonra kutilər üsyan qaldırdılar. Lakin Assuriya hökmdarı I
Salmanasar (e.ə. 1274-1245) kutilərin üsyanını yatırdı.
E.ə. II minillikdə qədim Azərbaycan tayfaları turukkilər,
lullubilər, kutilər və onlara yaxın olan şubarlar (subirlər)
Assuriyanın işğalçılıq siyasətinə qarşı çıxmış və müstəqillik
uğrunda mübarizə aparmışlar. Tayfa başçıları və xırda hökmdarlar
vahid dövlət halında birləşməmiş, buna görə də Assuriyaya güclü
müqavimət göstərə bilməmişlər. Lakin müharibələr qədim
Azərbaycan tayfalarının yenidən dövlət halında birləşməsini
zəruri edirdi. E.ə. II minilliyin sonu-I minilliyin əvvəlində qədim
Azərbaycan yeni dövlət qurumlarının meydana gəlməsi ərəfəsində
idi.
Bütün xalqlar özlərinin mədəniyyətlərini yaratmışlar.
Xalqların mədəniyyətlərini «zəngin» və yaxud kasıb»
mədəniyyətlərə bölmək düzgün olmazdı. Bir sıra mədəniyyətlər
ciddi tədqiq edildikdən sonra onların nə qədər zəngin olduğu aşkar
olur. Elmi ədəbiyyatda ən çox öyrənilən Misir, Hindistan, Çin,
İran, Yunan mədəniyyətləri ilə yanaşı, öyrənilməyən, yaxud da az
öyrənilən, ona görə də az təbliğ olunan, tarix, ədəbiyyat və s.
dərsliklərə düşməyən mədəniyyətlər də vardır. Belə
mədəniyyətlərdən biri də Azərbaycan mədəniyyətidir. Azərbaycan
mədəniyyət tarixinin ümumtürk mədəniyyəti kontekstində
öyrənilməsi olduqca məqsədəuyğundur. Coğrafi amil də nəzərdən
qaçırılmamalıdır. Məlum olduğu kimi, türk xalqlarının böyük
əksəriyyəti (türk dilinin bu və ya digər dialektində danışan
xalqların ümumi sayına görə təxminən yarısı) keçmiş SSRİ
ərazisində yaşayır.
Şübhəsiz, Şərqi Sibirdən Baltik dənizinə qədər uzanan
ərazilərdə məskən salıb yaşayan bütün böyük və kiçik türk
xalqları bir ana kök üzərində meydana gəlmişdir. Ana türk
(prototürk) cəmiyyəti parçalanıb dağıldıqdan sonra yaxın-uzaq
ölkələrə yayılmış, vahid siyasi, iqtisadi, mədəni əlaqələr kəsilmiş,
|