______________Milli Kitabxana_____________
228
çox bənzəri olan məxluqların yaşadığını aşkar etmişlər.
Azərbaycan ərazisində şüurlu insan (homo sapiyens) otuz-qırx
min il bundan qabaq təşəkkül tapmışdır. Bu dövrdə insanlar daha
mükəmməl ov aləti - ox ilə yayı icad etmişdilər. Şüurlu insanlar
hələ on min il bundan əvvəldən başlayaraq Qobustan qaya
rəsmlərini yaratmışlar. Qayaların üzərində yaradılmış müxtəlif
rəsmlər - ov səhnəsi, yallı getmək və s. həmin dövrdə yaşayan
insanların şüurunun yüksək səviyyədə olmasını göstərir. Qobustan
uzun dövr ərzində yaşayış məskəni olaraq qalmışdır. Maldarlığın,
əkinçiliyin meydana çıxdığı (VI minillikdən) və ondan sonrakı
dövrdə bu insanların qayalar üzərində qoyub getdikləri misilsiz
qiymətə malik dilsiz şahidləri onların dənizçiliklə də məşğul
olduqlarını göstərir. Qayalar üzərindəki qayıq rəsmi, qayığın baş
tərəfində günəş təsviri bu torpağın aborigenlərinin dünyanın ən
qədim mədəni xalqlarından biri olan şumerlərlə bilavasitə əlaqədə
olduqlarına dəlalət edir. Abşeronda, qədim Naxçıvanda,
Gəmiqayada, Kəlbəcər ərazisində qaya rəsmləri kifayət qədərdir.
Oddan istifadənin başlanması, ilk geyimlər, ilk yaşayış
yerinin salınması, ilk nəqliyyat vasitələrindən istifadə olunması,
müxtəlif əmək alətlərinin hazırlanması, gil qablar, heyvanların
əhliləşdirilməsi və s. sivilizasiyaya doğru böyük addımların
atılması hesab olunmuşdur.
Azərbaycan dünyanın ən qədim mədəniyyət mərkəzlərindən
biridir. Qobustan qaya rəsmləri e.ə. XIII-X minilliyə aiddir. Onlar
siluet şəklində ön, arxa və yan tərəfdən təsvir edilmiş,
kürəklərində kaman olan ovçuların sxematik təsvirlərindən
ibarətdir. Son mezolit dövründə (e.ə. X-VIII minilliklər)
yaradılmış əzəmətli öküzlərin realistik qaya təsvirləri də
diqqətəlayiqdir. Bu təsvirlər təxminən öküzlərin özü boyda
cızılırdı.
İbtidai insanların primitiv şəkildə silahlanması və vəhşi
öküzlərin qüvvətli heyvan sayılması ovçuları gələcək ovlara çox
diqqətlə hazırlaşmağa və sonsuz məşqlər keçirməyə məcbur
edirdi. Bu məşqlər isə sonralar ayinlərə çevrilirdi. Dini görüşlər
formalaşdıqdan sonra həmin ayinlər sehrbazlıq ayinlərinə
çevrilirdi. Əcdadlarımızın ibtidai qəbilə quruluşundakı totemistik
|