______________Milli Kitabxana_____________
230
sehrbazlıq və qara sehrkarlıq, yəni şər qüvvələrə kömək edən
sehrkarlıq. Əcdadlarımız ruhları mühüm keyfiyyətləri olan,
xarakterik rəngləri və hətta cinsləri olan konkret obrazlar kimi
təsəvvür edirdilər.
İbtidai dinlər inkişaf edərək Azərbaycanda atəşpərəstlik
formasında yayılmağa başlamışdır. Bu din ibtidai icma
quruluşunda yaranmış və sonrakı quldarlıq dövründə inkişaf
etmişdir. O, ilk feodalizm dövründə qədim İran Azərbaycanı
ərazisində hakim dövlət dini səviyyəsinə qədər yüksəlmişdir.
Azərbaycanda Zərdüştiliyin inkişafı əsrlərlə davam etmişdir.
«Avesta»da baş allah, xeyir allahı Ahura Məzda, şər ahı isə Anqra
Manyu adlanır. Qədim yunan alimləri bu allahların adlarını təhrif
edərək, yunanlaşdıraraq, onları bütün dünyaya Hörmüz və
Əhrimən adları ilə tanıtdırmışlar.
Zərdüştlüyün qalıqları indinin özündə də Azərbaycanda
yaşamaqdadır. VII əsrdən başlayaraq Azərbaycanda İslam dini
yayılmağa başlamışdır. Bu dövrdə ərəbdilli, farsdilli ədəbiyyatla
yanaşı, türkdilli ədəbiyyat da geniş surətdə inkişaf etdirilmişdir.
Memarlıq, heykəltəraşlıq, rəssamlıq, musiqi və
mədəniyyətin digər növləri böyük inkişaf yolu keçmişdir. Qədim
dövrlərdə Azərbaycanın cənub və şimal hissəsi iqtisadi və siyasi
cəhətdən müxtəlif inkişaf yolları keçmişdir. Belə ki,
Azərbaycanda məhsuldar qüvvələrin yüksəlişi və nəsli quruluşun
parçalanıb bölünməsi sürətlə baş verdiyindən orada qəbilə
birləşmələri daha erkən yaranmışdı. E.ə. III minilliyin sonunda
meydana gəlmiş Manna qəbilələrinin ittifaqı əsasında e. ə. IX
əsrdə Urmiya gölünün ətrafında qüdrətli Manna dövləti
yaradılmışdır. Paytaxtı İzurtu şəhəri olmuş bu dövlət ə. e. IX-VII
əsrlərə qədər davam etmiş və Assuriya, Urartu kimi dövlətlərlə
siyasi və mədəni əlaqədə olmuşdur. Mannalılar yüksək səviyyəli
mədəni nailiyyətlər əldə etmiş, onların yaratdığı mədəniyyət və
incəsənət qonşu xalqlara, xüsusilə midiyalılara və köçəri skif
tayfalarına öz qüvvətli təsirini göstərə bilmişdi. Midiya dövlətinin
mövcud olduğu vaxtda da (e. ə. VII-VI əsrin ortaları) Manna
incəsənətinin bədii ənənələri davam etdirilmişdir. Bu xüsusiyyəti
nəinki Midiya incəsənətində, həmçinin qədim İranın Əhəmənilər
|