______________Milli Kitabxana_____________
231
sülaləsi mədəniyyətində də izləmək olur.
İranın qədim yunanlarla müharibələri (e.ə. V əsr) və daha
sonralar İranın makedoniyalı İsgəndər tərəfindən zəbt edilməsi
nəticəsində Şərq və antik ölkələrinin mədəniyyəti bir-birinə xeyli
yaxınlaşdı. Bu zaman Şimali Azərbaycan istər iqtisadi və istərsə
də siyasi inkişaf baxımından ölkənin cənub hissəsindən xeyli
geridə qalırdı. Həmin gerilik, söz yox ki, mədəni inkişafda da
özünü göstərirdi.
Yunan tarixçiləri ilk dəfə e. ə. IV əsrdən başlayaraq qədim
Alban qəbiləsinin fəaliyyəti haqqında yazmağa başlamışlar. Bu
qəbilənin adı ilə əlaqədar olaraq Şimali Azərbaycan (Dağıstanın
cənub hissəsi daxil olmaqla) Albaniya adlanmağa başlayır.
Sonralar tədqiqatçılar bu ölkəni Qafqaz Albaniyası adlandırmışlar.
Qafqaz Albaniyası münbit torpaqlara, suvarma arxları üçün bol su
verən çaylar və başqa təbii zənginliklərə malik olmuşdur. Bu
ölkədə qəbilə ittifaqları e. d. I minilliyin ortalarında yaranmağa
başlayır ki, bunun nəticəsində dövlət quruluşu Cənubi
Azərbaycana nisbətən xeyli gec vaxta - e. ə. I əsrə təsadüf edir.
Qədim Azərbaycan incəsənətinin tarixi bu ölkədə dövlətin
yaranması tarixindən daha qədimdir. Müxtəlif incəsənət növləri
ilə tanışlıq bizi uzaqlara, ibtidai icma quruluşunun dərinliklərinə
aparıb çıxarır. Qədim Azərbaycan incəsənətinin inkişafı üç böyük
dövrü əhatə edir: 1. Alban dövründən əvvəlki incəsənət (e. ə. IV
əsrə qədər); 2. Alban dövrü incəsənətinin ilk, klassik mərhələsi
(e.ə. IV-e. I əsri); 3. Alban dövrü incəsənətinin ikinci mərhələsi (I-
VII əsrlər).
Alban dövrünün incəsənəti daha qədim dövrlərin
incəsənətindən doğduğuna baxmayaraq, yeni tarixi şəraitlə
əlaqədar olaraq, mədəniyyətimizi yeni keyfiyyətlərlə
zənginləşdirmişdir. Bu dövrün incəsənəti tarixdə ilk dəfə dini
təsəvvürlərin zəncirini qırmış, sənətə yeni, dünyəvi və nikbin
xüsusiyyətlər gətirmişdir.
Alban dövrünün mühüm xüsusiyyətlərindən biri də
sənətkarların müxtəlif növ yeni materiallara cəsarətlə müraciət
etməsidir. Daha qədim mərhələlərin dini səciyyəli təsvir motivləri
bu dövrdə dekorativ-ornamental motivlərə çevrilməyə
|