______________Milli Kitabxana_____________
248
Qobustanın qaya təsvirləri daş dövründən başlamış XIX əsrə
qədər olan bütün dövrlərin təsviri sənət və yazı mədəniyyətini
əhatə edir. Odur ki, Azərbaycan təsviri sənətinin mənşəyini
öyrənmək üçün bu qədim rəsmlər qalereyası tədqiqatçılara zəngin
material verir. Ölkəmizdə incəsənət, din, estetika kimi mühüm
ictimai elm sahələrinin tarixini araşdırmaqda Qobustan
petroqliflərinin əvəzedilməz əhəmiyyəti vardır.
Dulusçuluq. Qədim Azərbaycan ərazisində iki tip bədii
dulusçuluq məmulatı istehsal edilirdi. Birinci tip-qırmızı gil
keramikadır ki, bu, ölkənin cənub rayonları (xüsusilə, Naxçıvan
zonası) üçün səciyyəvidir. Cilalanmış qara rəngli qablardan ibarət
olan ikinci tip keramika isə Qafqaz Albaniyasına xas idi.
Birinci tip keramika polixrom, əlvan rəngli olduğu üçün ona
boyalı keramika adı verilmişdir. Bu tipli qabların saxsısı
dulusçuluq kürəsində bişəndən sonra qırmızı və sarı rəng alır.
Belə gil məmulatın üzərində bir qayda olaraq sarı, göy, qara, çox
zaman qəhvəyi boyalarla çəkilmiş quş, heyvan və insanların stilizə
edilmiş təsvirlərinə rast gəlirik.
Boyalı keramika nümunələri Naxçıvan, Qarabağ, Mil düzü,
Xanlar və Qazax rayonlarında olan qədim yaşayış yerlərindən və
qəbirlərdən tapılmışdır.
Azərbaycanda boyalı qablar istehsalı tunc dövründə (e. ə. II
minillikdə) inkişaf tapmışdır. Azərbaycanda boyalı keramika
sənətinin inkişafı qədim İran qəbilələri ilə iqtisadi-mədəni
əlaqələrin qurulması nəticəsində meydana çıxmışdır.
Azərbaycanda tunc dövrünün boyalı keramikası iki üsulla-əl
ilə və dulusçuluq dəzgahında hazırlanırdı. Bu qabların üzərində
təsvirlərdən əlavə dalğavarı sınıq və mürəkkəb şəkilli düz
xətlərdən ibarət naxışlar da çəkilirdi.
Boyalı keramika mədəniyyəti orta tunc dövründən dəmir
dövrünə qədər dörd inkişaf mərhələsi keçmişdir. Birinci mərhələ
qabların üzərində monoxrom (birrəngli) rəsmlərin çəkilməsi ilə
səciyyələnir. Belə məmulatın üstü qırmızı anqob ilə (xüsusi gil
məhlulu ilə) örtüldüyündən parıltılı səthə malik olurdu. Onların
üzərindəki həndəsi naxışlar (üçbucaq, romb), quşların rəsmi qara
boya ilə çəkilirdi. Hündür formalı belə qablar Kültəpədə
|