______________Milli Kitabxana_____________
246
Bütün bunlar petroqliflərin incəsənət əsərləri olduğunu iddia
etməyə haqq qazandırır.
Eneolit (mis-daş) dövründə öküz rəsmlərində ağız, göz kimi
xırda detallar və dinamika, hərəkət kimi yeni xüsusiyyətlər də
ortaya çıxır. Bu mərhələdə keçi təsvirləri də cızılmağa başlayır.
Çox vaxt onların rəsmləri düz xətlərlə kəsilmiş halda verilir. Belə
əlavə xətlər magik təsəvvürün ifadəsi idi. Belə ki, ovçu bu sehrkar
xətləri çəkməklə gələcək ovu tilsimə saldığına və onu mütləq
ovlayacağına inanırdı. Bu sehrkarlıq ayinini icra edərkən ovçu,
yəqin ki, niyyət edir, heyvanın neçə və hansı şəraitdə vurulacağı
haqqında öz arzusunu bildirir, ya da ürəyində təkrar edirdi.
Keçilərin rəsmləri bütünlüklə əyri xətlərin birləşməsindən
ibarətdir. Bunun nəticəsində təsvirlərin bədii-estetik keyfiyyəti
xeyli yüksəlmişdir. Qobustanda qaya təsvirlərinin tənəzzül etdiyi
orta əsrlərdə isə əksinə, petroqliflər düz xətlərlə cızıldığından daha
az cazibədar olmuşdur.
Qaya təsvirlərinin müxtəlif dövrlərdə müxtəlif məqsədlərə
xidmət etdiyi şübhəsizdir. Lakin təsvirlər hansı ideallara əsasən
yaranırsa yaransın, həmişə qədim rəssamın bacarığından, bədii
təfəkkürünün, yaradıcılıq fantaziyasının qüvvətli və ya zəif
olmasından asılı olaraq, müasirlərimizə incəsənət əsəri kimi çox
və ya az təsir göstərə bilir.
Qaya təsvirlərindən ibtidai cəmiyyətdə yazı vasitəsi kimi də
istifadə edilmişdir. Yəni qaya rəsmləri təsvirli yazılar-
piktoqramlar kimi çox mühüm bir rol oynamışdır.
Qobustan piktoqramları üç qrupa bölünür. Birinci qrup
təsvirli yazıların məzmunu xronika xarakteri daşıyır. Belə
piktoqramlarda qədim «rəssam» qəbilənin gündəlik həyatında baş
vermiş hadisələrdən xəbər verir. Bu yazılarda qəbilə üzvlərinin
vəzifələrindən, qurban vermək ayinlərindən və s. bəhs edilir. Bu
qrupa daxil olan tunc dövrünün piktoqramında iki süvarinin bir
maralı ovlaması təsvir edilmişdir. Onların arxasında, hərənin
özünə aid olan düzbucaqlının içində üfqi xətlər çəkilmişdir. Bu
göstərir ki, hər ovçu sol tərəfdə silindrik şəkildə, şərti surətdə
göstərilmiş qəbilə ocağına doqquz heyvan verməlidir. Sol
tərəfdəki süvari ovçu 8 heyvan vermişdir (bunu aşağıda olan
|